Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Şeffaf Küre - Atmosfer

Atmosfer

Yerin atmosfer təbəqəsi

Atmosfer (q.yun. ἀτμός — buxar və σφαῖρα— sfera) – Yeri əhatə edən hava təbəqəsi. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır.

 

 
TərkibiRedaktə

Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigen ibarətdir (karbon cəmi 0.03%-dir). Azot yunanca "azos" sözündən olub, "cansız, həyata kömək etməyən" mənasında işlənməsinə baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və dadı yoxdur. Arxey və Proterezoy eralarında bitki örtüyü seyrək olduğundan havada oksigen çox az olmuşdur. Karbon qazı yaşıl bitkilərdə üzvi maddələrin əmələ gəlməsində iştirak edir. Bu qaz atmosferə vulkanların püskürtməsi, yanğınlar və canlıların tənəffüsü nəticəsində daxil olur. Sənaye müəssisələri çox olan ərazilərdə okean və meşədəki ərazilərə nisbətən karbon qazı daha çox olur. Atmosferin havasının ən çox dəyişən vacib hissəsi su buxarı və tozlardır. Su buxarı karbon qazı ilə müqayisədə daha çox isidici rol oynayır. Atmosferdəki toz hissəcikləri günəşdən gələn istini zəiflətsə də bulud, duman və yağıntıların əmələ gəlməsi üçün vacibdir. Toz hissəcikləri atmosferin aşağı qatlarında Yer mənşəli (yanma məhsulları, vulkan tozu, bitki toxumu, bitki tozcuğu, duz dənəcikləri), üst qatda isə kosmik mənşəlidir.

 
QuruluşuRedaktə

Atmosfer 5 qatdan ibarətdir:

  1. Troposfer — atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17-18 km, mülayim enliklərdə 10-11 km, qütblərdə 7-8 km-dir.
  2. Stratosfer — troposferin üzərində yerləşib, qalınlığı 55 km-ə qədərdir.
  3. Mezosfer — stratosferin üstündə 55-80 km arasında yerləşir. Mezosferdə qütb parıltısı olur.
  4. Termosfer — mezosferin üzərində 80 km-dən 800-1000 km arasında yerləşir. Bu qat Günəşin zərərli rentgen süalarını udaraq,onların yerə düşməsinin qarşısını alır. Bu qat bəzən ionosfer adlandırılır.
  5. Ekzosfer — ən üst təbəqə olub, 10000 km-ə qədər davam edir.

 
Atmosferin əhəmiyyətiRedaktə

Atmosfer gündüz Yer səthinin həddən artıq qızmasının, gecə isə tez soyumasının qarşısını alır[1]. Əgər atmosfer olmasaydı Yerin orta temperaturu indikindən 38°C aşağı olardı. Insan atmosfersiz 4 dəqiqədən artıq yaşaya bilməz. Atmosfer Yerdə – enerji, maddələr və qaz dövranının həyata keçməsində mühüm rol oynayır. Yerdə suyun olmasına səbəb olur. Məhz atmosferdə bulud yaranır və yağıntı düşür. Atmosfer olmasaydı Günəş şüaları səpələnməz, səs yayılmazdı. Kosmosdan gələn meteoritlər atmosferə daxil olduqda hava ilə sürtülərək alışıb yanır və əksəriyyəti Yerə çatmır. Atmosferin çirklənməsi 2 yolla — təbii (vulkan püskürməsi, meşə yanğınları) və insanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir. Ozon qatının deşilməsi, "istixana effekti" (havada karbon qazının çoxalması hesabına temperaturun artması), turşulu yağışlar ( havada kükürd qazının çoxalması nəticəsində) atmosferin qlobal çirklənməsi nəticəsində yaranan problemlərdir. Bu problemləri aradan qaldırmaq üçün — sənaye müəssisələrində təmizləyici qurğularından istifadə etmək, tullantısız texnologiyaya keçmək, atmosferə karbon və s. zərərli qazların atılmasının qarşısını almaq lazımdır.



Bugün 25 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol