Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Materiklerin relyefi

Materiklərin relyefi

RelyefASİYA

 
Dünyanın ən yüksək zirvəsi olan Everest

Asiya qurunun ən yüksək qitəsidir. Yer kürəsinin ən uca dağ silsilələri və iri düzənlikləri onun ərazisində yerləşir. Asiyanın ən ucqar dağ zirvəsi olan Everest ilə ən dərin çökəkliyi Ölü dəniz arasındakı hündürlük fərqi 9.200 metrdən artıqdır. Qitənin əsasını qədim Avrasiya litosfer tavası təşkil edir. Həmin tava Sibir, Çin-Koreya, Cənubi Çin, Hindistan, Ərəbistan platformalarından ibarətdir. Müxtəlif geoloji dövrlərdə baş verən dağəmələgəlmə prosesləri bu platformaları birləşdirərək qitənin ərazisini xeyli genişləndirmişdir. Paleozoy erasında Altay, Sayan, Tyanşan dağlarının ətəkləri, Böyük Xinqan dağları formalaşmışdır. Asiyanın Lena çayından şərqdə yerləşən dağları Mezozoy qırışıqlığı dövründə əmələ gəlmişdir. Avrasiya və Hind-Avstraliya tavalarının birləşdiyi sahələrdə Kaynozoy erasının əvvəllərində güclü dağəmələgəlmə prosesləri baş vermiş, nəticədə nəhəng Alp-Himalay qurşağı yaranmışdır. Bura Kiçik Asiya, İran yaylasıQafqazHinduquş, Pamir, Tyanşan, Kunlun, Himalay dağları, Hindçin yarımadasının qərbi, Zond adaları daxildir. Asiyanın şərqində Sakit okean tavasının Avrasiya tavasının şərq kənarları ilə qovuşduğu sahədə zəncirvarı ada qövsləri və dərin ada çökəklikləri əmələ gəlmişdir. Bu qurşağa Kamçatka yarımadasıKuril, Yapon, Filippin adaları daxildir. Ona Sakit Okean "odlu halqası" da deyilir. Asiyanın qeyd edilən hissəsində Yer qabığı çox fəaldır, relyefin inkişafı indi də davam edir. Bu sahələrdə tez-tez vulkan püskürmələri və zəlzələlər baş verir.

Vulkan rayonlarında çoxlu qaynar bulaqlar – qeyzerlər də fəaliyyətdədir. Zəlzələlər Asiyanın cənubundakı seysmik qurşaqda da xeyli fəaldır. 1902-ci ildə Şamaxı şəhərində baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində şəhər tamamilə dağılmışdı. 1911-ci ildə Alma-Ata, 1948-ci ildə Aşqabad, 1966-cı ildə isə Daşkənd şəhəri zəlzələ nəticəsində viran qalmış, on minlərlə adam həlak olmuşdu. Asiyanın seysmik qurşaqlarında çoxlu sayda fəaliyyətdə olan və sönmüş vulkan vardır. Qitənin fəaliyyətdə olan ən uca vulkanı Kamçatka yarımadasındakı Klyuçi Sopkasıdır (4750 m). Böyük Zond adalarında yerləşən Krakatau vulkanı dəhşətli püskürmələri ilə məşhurdur. Abşeron yarımadası və Qobustanda çoxlu sönmüş və fəaliyyətdə olan palçıq vulkanları vardır. Hazırda vulkan və isti bulaqlardan müxtəlif məqsədlər üçün istifadə edilir. Yerin dərinliklərindən çıxan isti buxar və sulardan elektrik enerjisi alınır, evlər və istixanalar qızdırılır. Yerin daxili enerjisindən Yaponiyada, Rusiyada, İndoneziyada və digər ölkələrdə geniş istifadə edilir.

Asiyanın müasir relyefinin formalaşmasında qədim materik buzlaşmasının böyük rolu olmuşdur. Qədim buzlaqlar Taymır yarımadası və Uralın şimal qurtaracağından cənuba hərəkət edərək geniş sahələri basmışdır. Bəzi sahələrdə buzların qalınlığı 1,5-2 kilometrə çatırdı. Qədim buzlaşmalar Asiyanın relyefini kəskin dəyişdirmişdir. Şimalda buzlaqların əriməsi nəticəsində müxtəlif ölçülü süxur qalaqları olan morenlər səthdə qalın örtük yaratmışdır.

Asiya ərazisinin yarıdan çoxunu dağlar və yaylalar tutur. Düzənliklər kimi dağlar da mənşəyinə və yaşına görə fərqlənir. Burada həm cavan, həm də qədim dağlar vardır. Cavan qırışıq dağlar qitənin şərq və cənub kənarlarında iki nəhəng qurşaq əmələ gətirir. Alp-Himalay qurşağı Atlantik okeanı sahillərindən Sakit okeana qədər davam edir. Bu qurşağa Asiyanın qırışıq-faylı Qafqaz, Pamir, Hindiquş, Himalay dağları aiddir. Himalay dağları qövsvari şəkildə Hindistan yarımadasının şimalı ilə qərbdən şərqə doğru 2400 km məsafədə uzanır. Onun ən hündür nöqtəsi Everest dağıdır (8848 m). Əksər zirvələri qar və buzlaqlarla örtülüdür. Himalay dağlarından şimalda 2 milyon km² sahəni əhatə edən dünyanın ən hündür yaylası olan Tibet yaylası yerləşir. Tibet yaylasının şimalında bəzi bəzi zirvələrinin hündürlüyü 7000 metrə çatan, qar və buzlaqlarla örtülü Kunlun dağları yerləşir. Onunn uzunluğu 2000 km-dən artıqdır.

Daha şimalda Mərkəzi Asiyanın yüksək düzənlikləri geniş əraziləri əhatə edir. Onlardan ən böyükləri Qobi, Tarım və Cunqar yüksəklikləridir. Qeyd olunan yüksək düzənliklərdə quru iqlim şəraitində geniş səhralar yaranmışdır. Təklə-məkan və Qobi səhraları buna misaldır. Himalay dağları qərbdə Hindiquş dağları ilə, onlar isə Pamirlə qovuşur. Pamir dağlarınınhamar, yüksək səthindən 7000 metrə qədər ucalan çılpaq zirvələri diqqəti cəlb edir. Hamar səthlər və zirvələr buzlaqlarla örtülüdür. Qara dəniz və Xəzər dənizi arasında 1500 km məsafədə uzanan Qafqaz dağları da cavan qırışıqlığa aiddir. Dağ əmələgəlmə prosesi burada hələdə davam edir. Böyük və Kiçik Qafqaz dağları arasında Kür-Araz və Kolxida ovalıqları yerləşir.


Asiya Yer kürəsinin ən mürəkkəb iqlim şəraitinə malik hissəsidir. Bunun səbəbi Asiya ərazisinin böyüklüyü, xüsusilə onun şimaldan cənuba və qərbdən şərqə doğru geniş ərazi boyu uzanmasıdır. Şimal yarımkürəsinin ən soyuq sahəsi Asiyada yerləşir (Oymyakon, -71°C). Yer kürəsində ən yüksək rütubət də Asiya qitəsindəki Himalay dağlarının cənub-şərq ətəklərindədir. Asiyanın iqliminin formalaşmasına coğrafi enlik, hava kütlələri, okean və dənizlər, səth örtüyü çox böyük təsir göstərir. Asiyanın cənub əraziləri günəşdən şimal ərazilərə nisbətən iki dəfə çox istilik alır. Tropik enliklərdə günəşdən Yer səthinə gələn istilik enerjisi (günəş radiasiyası) 80-200 kkal/sm², şimal qütb dairəsində isə 100 kkal/sm² təşkil edir. Ərəbistan yarımadası Yer kürəsinin ən çox günəş radiasiyasına malik sahəsidir (220 kkal/sm²). Asiya iqliminin qərbdən şərqə doğru kəskin dəyişilməsi okeanların, dənizlərin və hakim küləklərin təsiri ilə bağlıdır. Asiyanın mülayim enlikləri Avropaya nisbətən az rütubətlidir. Asiyanın şimal rayonları az yağıntını qəbul etməklə yanaşı, kəskin kontinentallığı ilə də fərqlənir. Qışda Asiyanın şimal rayonlarının çox hissəsi qarla örtülüdür, bu da günəş şüalarının bir qismini əks etdirir və havanın temperaturunu aşağı salır.

İqlimin formalaşmasında atmosfer dövranının da böyük rolu vardır. Şimaldan Asiyaya daxil olan Arktika hava kütlələri geniş məsafədə materikin daxili hissələrinə təsir göstərir. Qitənin şərq hissələrinin iqliminə yayda Sakit okeandan gələn rütubətli dəniz hava kütlələri, qışda isə qitənin daxili hissələrindən gələn kontinental hava kütlələri təsir edir. Kurosio cərəyanı tropik enliklərdə Asiyanın mülayim enliklərinə, xüsusilə Sakit okean adalarına istilik və rütubət gətirir. Asiyanın cənub-şərq hissələrinin iqlimi mussonlardan çox asılıdır. Okeanlardan quruya doğru əsən yay mussonları özü ilə çoxlu yağıntı, qış mussonları isə quru, aydın hava gətirir. Musson iqlimi Hindistan və Hind-Çin Hind-Çin yarımadaları üçün xüsusi səciyyəvidir. Hind okeanından materikə doğru əsən mussonlar olduqca çox yağıntı gətirir. Qışda mussonlar materikdən dənizə doğru əsir. Yalnız yay aylarında materik üzərində alçaq təzyiq əmələ gəldikdə bura okeanlardan ekvatorial hava kütlələri daxil olur. Asiyanın okean və dəniz sahillərindən mərkəzi hissələrinə doğru getdikcə demək olar ki, bütün ərazilərində yağıntıların miqdarı azalır, eyni zamanda temperatur rejimi də dəyişilir.

Asiyanın rəngarəng relyef formaları iqlim əmələgəlmədə misilsiz rol oynayır. Burada qərbdən şərqə doğru əsasən enlik istiqamətində uzanan Himalay, Kunlun, Tyanşan, Qafqaz, Altay, Sayan dağları soyuq Arktika hava kütlələrinin cənuba keçməsinə imkan vermirlər. Atlantik okeanı üzərindən gələn hava kütlələri Ural dağlarına qədər bütün Avropanı əhatə etsə də, Asiyanın mürəkkəb relyefi onların Asiyada yayılmasına imkan vermir. Hind okeanından materikə daxil olan mussonların qarşısını Himlay və digər digər dağlar yüksək sədd şəklində kəsir. Ona görə də dağətəyi hissələrdə illik yağıntının miqdarı bəzən 10.000mm-dən artıq olur. Yer kürəsinin ən çox yağıntı olan ərazisi Çerapunci məntəqəsi burada, Himalay dağlarının cənub-şərq ətəklərində yerləşir. Qafqaz dağlarının qərbindəki Kolxida ovalığında və Azərbaycanda Talış dağlarının ətəklərində də dağların sədd şəklində hava kütlələrinin qarşısını kəsməsi ilə əlaqədar rütubətli subtropik iqlim yaranır.

Əhalinin təsərrüfat fəaliyyətinə iqlimin təsiri böyükdür. Asiyanın soyuq şimal hissələrində kənd təsərrüfatının inkişafına iqlim mane olduğu halda, tropik və subekvatorial qurşaqlarda iqlim şəraiti ildə 2-3 dəfə məhsul yetişdirməyə imkan verir. Lakin bəzi ərazilərdə rütubət çatışmamazlığı problem kimi qarşıya çıxır. Musson iqlimi olan ərazilər kənd təsərrüfatı üçün olduqca əlverişlidir. Ona görə də həmin ərazilər lap qədim zamanlardan mənimsənilmişdir. Aralıq dənizi iqlimi subtropik bitkilər, mülayim iqlim, taxıl, şəkər çuğunduru, üzüm, meyvə, musson iqlimi isə (həm tropik və həm də subekvatorial) şəkər qamışı, çay, çəltik və digər bitkilərin yetişdirilməsi üçün əlverişlidir.

 

AVROPANIN RELYEFİ

 

RelyefiAVROPA

Avropanın şərq hissəsində çox böyük sahəni qədim platforma bünövrəsi üzərində yerləşmiş Şərqi Avropa düzənliyi əhatə edir. Bu düzənliyin səthi bir sıra yüksəklik və ovalıqlardan ibarətdir. Şərqi Avropa düzənliyinin qərbə davamını Baltik dənizinin cənub sahilləri boyu yerləşən Orta Avropa düzənliyi təşkil edir. Skandinaviya yarımadasının şimalını eyniadlı dağlar, cənub və şərq sahələrini isə eyniadlı dağlar tutmuşdur. Britaniya və İrlandiya adaları da daxil olmaqla bu ərazilər Kaledon dövründə əmələ gəlmiş dağ və düzənliklərdən ibarətdir. Avropanın mərkəzi hissəsində orta hündürlüklü VogezŞvartsvaldMərkəzi MassivSudet dağları yerləşir. Cənub hissəni isə meridian istiqamətində yerləşən cavan dağ sistemləri (AlpKarpatBalkanPireneyApennin dağları) və düzənliklər tutur. Alp dağlarındakı Monblan zirvəsi (4810 m) Avropanın ən yüksək nöqtəsi hesab olunur.

 

 ŞİMALİ AMERİKA MaterikinİN  relyefi

Qədim Lavraziya materikinin bir parçasıdır. Materikin əsas hissəsi Şimali Amerika platforması üzərində olduğundan materikin 2/3-si düzənliklərdən ibarətdir. Bu düzənliklərin üzəri qədim dövrlərdə buzlaşmaya məruz qalmışdı. Materikin şimalındakı düzənliklər Kanada kristallik qalxanının üzərindədir. Materikin daxili hissələrində Mərkəzi və Böyük düzənliklər yerləşmışdir. Materikin cənub-şərqində səthi çayların gətirdiyi çöküntülərlə örtülü Missisipi ovalığı, cənubunda isə Meksika körfəzinin və Atlantik okeanının sahilboyu ovalıqları yerləşir. Materikin şərqində paleozoy yaşlı Appalaç dağları yerləşir. Bu dağlar qədim olduğundan hündür deyildir. Kordilyer dağları — materikin qərbində Sakit okean sahilində yerləşir. Bu dağlar Alp dağəmələgəlmə mərhələsində yarandığından hündürdür. Bu dağlar 2 litosfer tavasının Sakit okean və Şimali Amerika tavalarının toqquşduğu ərazidə yerləşir. Bu dağlar 3 hissədən ibarətdir: 1. Şərqi və ya Qayalı dağlar, 2. Qərb və ya Sakit okean qurşağı, 3. Daxili qurşaq (Böyük hövzə yaylası).

Hər tərəfdən dağ silsilələri ilə əhatə olunduğundan bura rütubətli hava kütlələri daxil ola bilmir və nəticədə yarımsəhra landşaftı yaranır. Şimali Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarının Alyaska silsiləsində yerləşən Mak-Kinli (6194 m) dağıdır. Kordliyer dağlarında tez-tez vulkan və zəlzələlər olur. Burada çoxlu qeyzerlər (Yellouston parkında), çayların açdığı dərin dar dərələr-kanyonlar var. Ən iri kanyon Kolorado çayındadır. Şimali Amerikanın ən alçaq yeri Ölüm dərəsindədir. (-86 m).

Vulkanları

Orisaba, Taxumulko , Reynir , Şasta , Kolima , Popokatepetl , Momotombo , Veniaminov

Filiz yataqları

Filiz yataqları materikin şimalındakı Kanada qalxanı və Kordilyer dağlarında; yanar faydalı qazıntılar Şimali Amerika platformasının çökmə süxurlarında yayılmışdır. Appalaç dağları kömür və dəmir filizi ilə zəngindir.

 

Cənubi Amerika

Təbii zonaları və daxili suları

Cənubi Amerika üzvi aləmin zənginliyi və özünəməxsus olması ilə başqa materiklərdən çox seçilir. İqliminin rütubətli olması burada meşələrin geniş, səhra və yarımsəhralarının isə az sahə tutmasına səbəb olmuşdur. Materikdə aşağıdakı təbii zonalar formalaşmışdır:

  1. Rütubətli ekvatorial meşələr zonası
  2. Fəsildən asılı olaraq yarpağını tökən meşələr zonası
  3. Savannalar zonası
  4. Çöl zonası
  5. Səhra və yarımsəhra zonası
  6. Cənubi Pataqoniyada yerləşmiş yarımsəhra zonası.
  • Ekvatorial meşələr zonasına materikdə ekvator xəttinin hər iki tərəfində rast gəlinir. Rütubətli ekvatorial meşələr burada selvas adlanır. Selvas yer kürəsinin sahəcə ən böyük meşə massividir. Qırmızı-sarı ferralit torpaqlarda yaranan, keçilməz həmişəyaşıl rütubətli meşələr dünyanın digər guşələrindəki ekvatorial meşələrdən bir qədər fərqlənir. Bu meşələr daha rütubətli və üzvi aləmlə çox zəngindir. Hündürlüyü 80 metrə çatan seyba ağacı, müxtəlif palmalar, heveya, kinə ağacı, kakao ağacı, müxtəlif növ lianalar selvasın xarakterik bitkiləridir. Amazon meşələrini hətta lianalar ölkəsi də adlandırırlar. Ekvatorial meşələrə xas olan heyvanlardan yaquarı, pumanı, tapiri, zirehdaşıyanı, qarışqayeyəni, nəhəng su ilanı anakondanı, ərincək və ilməquyruq meymunlarını misal göstərmək olar. Cənubi Amerikanı həmçinin quşlar materiki də adlandırmaq olar. Buna səbəb materikin müxtəlif növ quşlarla zəngin olmasıdır. Burada çoxsaylı tutuquşularkolibri quşuqartallarkəpənəklər, böcək və digər həşaratlar vardır.
  • Savanna zonası subekvatorial qurşaqda ekvatordan şimalda və cənubda geniş sahə tutur. Ekvatordan şimalda savannaları – Lyanos, cənubda isə kampos adlandırırlar. Lyanos ispan dilində düzənlik deməkdir, kampos isə portuqal dilində düzənlik deməkdir. Şimal hissəsindəki savannalarda ağaclar çoxdur. Burada hündürboylu otlar arasında palma və akasiyalar bitir. Cənub hissəsindəki savannalarda isə ağac bitkiləri azdır. Mərkəzi hissələrdə uzun müddət isti və quraq iqlim şəraitində tikanlı alçaqboylu ağaclar, kaktuslar bitir. Onların içərisində qabığından aşı maddəsi kimi istifadə edilən Kebraço ağacı daha məşhurdur. Savannaların heyvanat aləmi isə bir qədər kasıbdır. Çöldonuzu-pekar, kiçik maral, quşlardan isə nandu dəvəquşu və s. burada yaşayır.
Myresluger2.jpg
 
  • Çöl zonası ağac bitkiləri olmayan geniş bir sahəni tutur. Burada çöllər pampa adlanır. Pampa – ispan dilində ağac olmayan yer deməkdir. Rütubətli subtropik iqlim şəraitində məhsuldar qırmızı-sarı ferralit torpaqlarda ağ ot, yabanı darı və s. kimi bitkilər bitir. Cənuda doğru quraqlığın artması otlarında bərk və quraqlığa davamlı olmasına səbəb olur. Çöllərə xarakterik heyvanlardan pampa maralını, pampa pişiyini, nandu dəvəquşunu və s. bura aid etmək olar.
  • Səhra və yarımsəhralar zonası Sakit okean sahili boyu, And dağlarının ətəklərində ensiz zolaq şəklində səhra zonası uzanır. Səhra iqlimi yüksək enliliklərdən gələn soyuq hava kütlələrinin və soyuq Peru cərəyanının təsiri ilə yaranır. Dünyanın ən quraq yerlərindən biri olan atakama səhrası burada yerləşir. Cənubda, And dağlarının şərq hissəsində Pataqoniya yaylasında da yarımsəhra zonasına rast gəlinir. Burada yağıntıların azlığından və az məhsuldar boz, boz qonur torpaqların yayıldığı ərazilərdə ot bitkiləri və tikanlı kollar bitir.

Sululuğna görə də planetimizin ən bol sulu materiki Cənubi Amerika materikidir. Buradakı çayların su sərfi dünya çaylarının orta su sərfindən iki dəfə çoxdur. Relyef və yağıntıların paylanması materikdə çay şəbəkəsinin sıxlığına, çayların qidalanmasına, çayların rejiminə və sululuğuna böyük təsir göstərir. And dağları materikin iqlim ayırıcısı olmaqla bərabər həmdə suayırıcısı sayılır. Sakit okean hövzəsinə aid olan çayları çox qısa olmaları ilə fərqlənir. Şimal və cənub hissədə daha çox olan bu çaylar gursulu və astanalıdırlar. Gəmiçilik üçün əlverişli olmasa da bu çayların böyük hidroenerji ehtiyatı vardır. Atlantik okeanı hövzəsi çayları isə materikin ərazisinin çox böyük hissəsini tutur. Şərq hissəsində geniş düzənliklərin yerləşməsi və bu əraziyə bol yağıntıların düşməsi iri çay sistemlərinin, AmazonOrinokoParana və s. yaranmasına şərait yaratmışdır.

Amazon dünyanın ən böyük çay sistemidir. And dağlarının mərkəzindən başlayan bu çaya 500-dən artıq çay birləşir. Amazon çayı uzunluğuna görə Nil çayından geri qalsa da, sululuğuna görə dünyada birinci yerdədir. Bununla belə əgər Amazon çayının başlanğıcını Ukayali qolundan hesab edilərsə onda o dünyanın ən uzun çayı da hesab oluna bilər. Amazon çayının çoxlu bol sulu qolları vardır. Onların əksəriyyəti gəmiçilik üçün yararlıdır. Orta axarda Amazon çayının eni 5 km-ə, aşağı axarda isə 80 km-ə çatır. Çayın dərinliyi aşağı axarda 90metrdir. Amazon çayının deltası yoxdur, səbəbi çayın okeana töküldüyü hissədən okean cərəyanının keçməsi və qabarma və çəkilmədir. Orinoko və Parananın rejimində mövsümilik hiss olunur. Parananın hövzəsində bataqlıqlar çoxdur. Anhel və İquasu şəlalələri bu materikdədir. Anhel şəlaləsi Orinokonun qolu Çurun çayı üzərində 1054 metr hündürlüyündən tökülür. Materikdə elədə böyük göllər yoxdur, ancaq müxtəlif mənşəli kiçik göllərin sayı çoxdur. Titikaka ən hündürdə yerləşən dağ gölüdür. Bu göl dəniz səviyyəsindən 3812 metr yüksəklikdə yerləşir. Dərinliyi 304 metrdir. Suyun temperaturu burada +11, +12 dərəcədən artıq olmur. Şimal hissəsində laqun mənşəli duzlu Marakaybo gölü yerləşir. Göl tektonikçökəklikdə yerləşmişdir. Karib dənizi ilə ensiz axarla birləşir.

 

Afrikada təbii zonalar

  • Ekvatorial meşələr- ekvatorial iqlim qurşağında yayılmışdır. Konqo çayı hövzəsini və Qvineya körfəzi sahilini əhatə edir. Ilboyu hava isti və rütubətlidir. Dəmir və alüminium çox olduğundan torpaqları qırmızı-sarı ferrollitdir. Bitki örtüyü zəngindir. (Liana, yağ palması və s). Meşə bir neçə yarusdan (mərtəbədən) ibarətdir. Heyvanları (qorilla, cırtdan begemot və s) əsasən ağaclarda yaşayır.
  • Savannalar - Afrikanın 40%-ni əhatə edir. Ilin 2 fəsli rütubətli yay və quraq qış fəsli mövcuddur. Savannalarda ot örtüyü ilə yanaşı ağac və kolluqlara da rast gəlinir. Torpaqları qırmızı, qırmızı-ferrollit və qırmızı-qonurdur. Dünyanın ən iri otyeyən heyvanları (fil, zürafə) burada yaşayır. Afrika savannaları subekvatorial və tropik iqlim qurşaqlarında yayılmışdır.
  • Səhralar -Afrikanın tropik iqlim qurşağında yayılmışdır. Yüksək təzyiq qurşağının hakim olması ilə əlaqədar olaraq Afrikanın şimalında Böyük Səhra (və ya Saxara) və Liviya səhraları yerləşib. Dünyanın ən böyük səhrası olan Böyük Səhrada temperatur amplitudasının böyük olması fiziki aşınmanın intensivliyinə səbəb olur. Onun əsas hissəsi daşlı, az hissəsi isə gilli və qumlu sahələrdən ibarətdir. Burada Afrikanın – Əhaqqar, Tibesti və Darfur kimi ən qədim şahid dağları yerləşir. Hava enən hərəkli olduğundan yağıntıların miqdarı 200 mm-dən azdır. Bitkiləri az və uzun köklüdür, yeraltı suların səthə yaxın, çökək ərazilərində –vahələr (oazis) yaranır. Vahələrdə xurma ağacı yetişdirilir.
Afrikanın cənubunda Namib və Kalaxari səhraları yerləşir. Okean sahilində soyuq Bengel cərəyənının təsiri nəticəsində yaranan Namib səhrası çox quraq ərazidir. Ümumilikdə ərazinin böyüklüyü və qərbdən şərqə doğru geniş məsafədə uzanması nəticəsində Afrikanın şimalında səhralar cənubuna nisbətən daha geniş sahə tutur.
Torpaqların düzgün istifadə olunması nəticəsində səhraların sahəsi artır. Savannaların səhraya çevrilməsinin qarşısını almaq üçün Böyük Səhra ilə sərhəddə 1500 km-lik, meşə zolağı salınmışdır.
  • Afrikanın ucqar şimal və cənubunda subtropik enliklərə xas codyarpaqlı meşə və kolluqlar yayılmışdır.
Problemləri Ekvatorial meşələrin qırılması, səhralaşma, su çatışmamazlığı, quraqlıq.
 

Avstraliya Relyefi

Qondvana materikinin bir hissəsi olan Avstraliya platforması digər materiklərdən çox uzaqda yerləşib. Avstraliyanın şərqində çox qədim, alçaqBöyük Suayrıcı dağ silsiləsi yerləşir. Bu dağların cənub hissəsi nisbətən hündürdür. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko (2228 m) burada yerləşir. Qərbə getdikcə bu dağlar alçalaraq çökmə süxurlarla örtülü Mərkəzi düzənliyə keçir. Bu düzənliyin Eyr gölü rayonu okean səviyyəsindən-16 m aşağıdadır Bu ərazi Avstraliyanın ən alçaq nöqtəsi hesab edilir. Avstraliyanın qərbində hündürlüyü 300-500 m olan yayla yerləşir. Bu yaylanın ayrı-ayrı sahələrində 1000 m-dən hündür dağlar vardır. Avstraliya yeganə materikdir ki, burada dağ buzlaqları və fəaliyyətdə olan vulkanlar yoxdur. Avstraliyada hündür dağların olmaması və buradakı dağların qar xəttindən aşağıda yerləşməsi nəticədə burada buzlaqlar yaranmır. Vulkanların olmamasına səbəb Avstraliyanın qədim platforma üzərində olmasıdır. 
Faydalı qazıntıları: Avstraliyanın kristallik süxurlardan ibarət olması nəticədə bura filiz faydalı qazıntıları ilə zəngindir. Çökmə süxurlardan neft, qaz, kömür və s. yerləşib.
Materikin böyük hissəsini səhralar və düzənliklər tutur. Böyük Sandi, Böyük Viktoriyasəhralarını göstərmək olar: Ən tanınmış səhra Böyük Viktoria səhrasıdır.Materikin şərqində yarımsəhra ərazilərdə Böyük Artezian hövzəsi uzanır.Avstraliya ən aşağı nöqtəsi olan Lake Eyr (-15 m) gölünün təxminən sahəsi 15,000 km ² sahəni əhatə edir.

 

Relyef Antarktida

Antarktida Yer kürəsinin ən hündür kontinentidir. Kontinentin orta hündürlüyü 2000 metrdir, kontinentin mərkəzində isə hündürlük 4000 metrə çatır. Bu hündürlüyü əksər hissəsini kontinentin səthini demək olar ki, tamamilə örtmüş qalın buz təbəqəsi təşkil edir. Kontinentin buz təbəqəsinin altında kontinental relyef yerləşir, Antarktidanın ərazisinin yalnız 0,3%-i (təxminən 40.000 km²) buzdan azad torpaq ərazisidir. Antarktidanın bütün ərazisi boyunca yerləşən Transantarktika dağları kontinenti fərqli mənşəyi və geoloji quruluşu olan Şərqi Antarktida və Qərbi Antarktida adlı iki regiona bölür. Şərqi hissədə yüksək buz təbəqəsi ilə örtülü yayla yerləşir.



Bugün 8 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol