Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Materiklerin İqlimi

Avrasiya

İqlimi

Avrasiya ən mürəkkəb iqlim şəraitinə malik materikdir. Bunun səbəbləri materikin çox nəhəng olması (qərbdən-şərqə, şimaldan-cənuba böyük məsafədə uzanması), relyefin mürəkkəbliyi, materikin mərkəzinin okeanlardan aralı olması, böyük dağ sistemlərinin yerləşməsidir. Materikin şimaldan cənuba böyük məsafədə uzanması onun səthində günəşdən gələn istiliyin qeyri-bərabər paylanmasına səbəb olur. Cənub enliliklərində günəş şüaları yer səthinə daha böyük bucaq altında düşdüyünə görə bura daha çox istilik alır. Şimala doğru günəş şüalarının düşmə bucağı azalır və səthin aldığı istiliyin miqdarı da aşağı düşür. Nəticədə materikin cənubu ilə şimalı arasında kəskin temperatur fərqi yaranır. Böyük iqlim fərqləri materikin kənar qərb və şərq, eləcə də daxili hissələri arasında da mövcuddur. Bunun səbəbi materikin daxili hissələrinin iqliminə okeanların təsirinin zəifləməsidir. Nəticədə materikin mərkəzinin okeanlardan uzaqlığı kontinental iqlim şəraiti yaradır. Belə ki, Atlantik okeanı üzərindən gələn mülayim və rütubətli hava kütlələri qərbə - Avropaya bol yağıntı gətirir, iqlimi yumşaldır. Şərqə hərəkət etdikcə bu hava kütlələrinin rütubətliyi və iqlimin kontinentallığı azalır. Materikin iqliminə Şimal Buzlu okeanının da təsiri böyükdür. Bu okeanın üzərində yaranan quru və soyuq hava kütlələri materikin geniş şimal ərazilərinə daxil olaraq qışda şaxtalı, yayda sərin hava şəraiti yaradır. Materikin şərq və cənub hissələrinin iqlimi isə ilin isti dövründə Sakit və Hind okeanlarından gələn musson küləklərinin təsiri altında formalaşır. Yay mussonları materikin kənar zonalarına bol yağıntı gətirdiyi halda, qış mussonları materikdən okeana əsdiyindən qışda burada quru, aydın havalar hakim olur. Hind okeanından gələn isti və rütubətli hava kütlələri yalnız Cənubi Asiyanın iqliminə təsir edir. Hündürlüyü 7-8 km-dən artıq olan Himalay dağları rütubətli mussonları materikin daxili hissələrinə buraxmır. Nəticədə Himalay dağlarının cənub yamaclarına çox, şimal yamaclarına – Tibet və mərkəzi Asiyaya olduqca az yağıntı düşür.

İqlim xəritəsi materikdə temperatur və yağıntıların paylanması xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Qışda materikin çox hissəsində orta temperatur 0 dərəcədən aşağı olur. Yalnız Atlantik okeanı, Aralıq və Qara dəniz sahillərində qışda temperatur 0 dərəcədən yuxarı olur. Cənubi Asiyada isə qış ayları mülayim, hətta isti olur. Qışda yanvar ayının orta temperaturunu göstərən izotermlər qərbdən şərqə meridian istiqamətində dəyişir və şimal-şərqə doğru azaldığı müşahidə olunur. Avrasiyanın, eləcə də bütün şimal yarımkürəsinin "soyuqluq qütbünün" (Oymyakon -71 dərəcə) burada olması təsadüfi deyil.

Yay temperaturu materikdə bir qədər yüksəkdir. İyul izotermləri enlik istiqamətində gedir və yalnız daxili hissələrdə bir qədər şimal-şərqə doğru meyl edir. İyul ayının orta temperaturu şimal və şimal-şərq sahilləri istisna olmaqla hər yerdə 10 dərəcədən yüksəkdir. Materikdə ən yüksək temperatur Ərəbistan yarımadasında +54 dərəcə müşahidə olunmuşdur.

İqlim xəritəsində yağıntıların da qeyri-bərabər paylandığını müşahidə edilir. Atlantik okeanı sahilləri il boyu bərabər miqdarda bol yağıntı alır. Materikin Sakit və Hind okeanlarının təsiri altında qalan şərq və cənub hissələri də bol yağıntı ilə təmin olunur. Dünyada ikinci ən çox yağıntı düşən yer, Himalay dağlarının cənub-şərq yamacı – Çerapunca (12000 mm) məhz bu materik ərazisindədir. Lakin burada yağıntılar əsasən yay aylarında düşür. Materikin çox böyük hissəsi ildə 500 mm-dən az yağıntı alır. Daxili hissələrə – Mərkəzi Asiyaya, Ərəbistan yarımadasına, İran yaylasının bəzi yerlərinə hətta 50 mm-dən də az yağıntı düşür. Bunun səbəbi okeandan uzaqlaşdıqca hava kütlələrinin öz rütubətini itirməsi, sıra dağların rütubətli hava kütlələrinin qarşısını kəsməsi ilə izah edilir. Materikin ərazisində ən az yağıntı Rub-Əl-Xali səhrasında (10 mm-ə qədər) qeydə alınıb.

Avrasiya yeganə materikdir ki, bütün iqlim qurşaqlarında yerləşir. Üfüqi zonallıq qanunauyğunluğuna müvafiq olaraq burada ekvatorial qurşaqdan qütb qurşağına qədər bütün qurşaqlar növbələşir: Şimal Buzlu okeanındakı adalar və şimal sahilboyu arktik, İslandiya adasından başlamış şərqə doğru zolaq şəklində subarktik iqlim qurşaqları yerləşir. Avrasiyanın ən geniş hissəsi mülayim qurşaqda yerləşir və mürəkkəbliyi ilə seçilir. Qərbdə, Atlantik okeanı sahillərində mülayim dəniz iqlimi, şərqə doğru ardıcıl olaraq mülayim kontinental, kəskin kontinental, Sakit okean sahillərində isə musson və mülayim dəniz iqlim tipləri hakimdir. Qərbdə, Priney yarımadasından şərqdə, Sakit okeanın sahillərinə qədər zolaq şəklində subtropik iqlim qurşağı yerləşir və Aralıq dəniz iqlimi, kontinental, musson iqlim tipləri ayrılır. Ərəbistan yarımadası, Fars körfəzi ətrafı, İran yaylasının cənub hissəsi, Hind-Qanq ovalığının qərbi tropik kontinental, Hindistan və Hind-Çin yarımadaları, Şri-Lanka adası subekvatorial iqlim qurşaqlarında yerləşir. Malakka yarımadası və Zond adalarında ekvatorial iqlim qurşağı hakimdir.

 

Cənubi Amerika

 

İqlimi

South america.jpg
 

Cənubi Amerikanın iqlimi Şimali Amerikanını iqlimindən kəskin fərqlənir. Materikin şimal hissəsi cənub hissəsinə nisbətən daha geniş ərazi tutur. Bu hissə isti qurşaqda, ekvatorial və subekvatorial qurşaqlarında yerləşdiyi üçün bura yağıntı çox düşür. Buna görə də, Cənubi Amerika dünyanın ən rütubətli materikidir. Ərazinin çox böyük hissəsində illik yağıntıların miqdarı 1000 mm-dən çox olsa da, bəzi yerlərində bu əmsal 250 mm-ə qədər düşür. Ətraf okeanlara nisbətən burada alçaq təzyiq yaranır. Bu səbəbdən şimal və cənub kürələrinin passat küləkləri bura Atlantik okeanından çox rütubət gətirir və tropik qurşaqda iqlim cənub/şərq passatlarının təsiri altında formalaşır. Bu küləklər Braziliya yaylasının külək döyən yamaclarına çoxlu yağıntı gətirir. Materikin şərqində hava kütlələrinin qarşısını kəsən hündür dağlar olmadığından onlar geniş ərazilərə yayılır, bol yağıntı verir. Lakin materikin qərb hissəsində bu soyuq küləklər Peru cərəyanının təsiri ilə daha da soyuyur və yağıntı vermir. Bunun nəticəsində Atakama səhrası yaranmışdır. Materikin ensiz cənub qurtaracağı isə bütün il boyu qərb küləklərinin təsiri altında qalır. Mülayim enliklər dəniz hava kütlələrinin təsirinə məruz qaldığı üçün Cənubi And dağlarının yamaclarına da bol yağıntı düşür. Ancaq şərq sahilboyu ərazilərində isə az yağıntı müşahidə olunur. And dağlarının materikin qərb və şərq hissələrində yağıntıların paylanmasına böyük təsir göstərdiyi üçün onu Cənubi Amerikanın "iqlim ayırıcısı" adlandırırlar.

South America satellite orthographic.jpg
 

Coğrafi mövqeyi ilə əlaqədar Cənubi Amerikanın ərazisinə böyük miqdarda günəş radiasiyası düşür. Nəticədə demək olar ki, hündür dağlardan başqa bütün materik ərazisində temperatur müsbətdir. Günəş istisinin ən çox miqdarı yanvar ayında günəşin cənub tropiki üzərində zenitdə olması vaxt müşahidə olunur. Yanvar ayının orta temperatura burada +24 dərəcəyə çatır. Ekvatora yaxınlaşdıqca günəşin düşmə bucağı çoxaldığından materikin şimal rayonlarında iyul ayının orta temperaturu +24 dərəcə, materikin orta hissəsində +16 dərəcə, cənub hissəsində isə +8 dərəcədir. Ümumilikdə isə materikin çox böyük hissəsində orta aylıq temperatur +20, +28 dərəcədir. Lakin cənubdan gələn soyuq hava axınları bəzən də temperaturun düşməsinə səbəb olur. Bu zaman Pataqoniyada bəzən -35 dərəcəyə qədər şaxtalar müşahidə olunur.

Cənubi Amerikada iqlim qurşaqları ekvatordan cənuba doğru bir-birini əvəz edir. Lakin subekvatorial iqlim qurşağı materikin həm ekvatordan şimaldakı həm də cənubi hissəsindəki ərazilərində vardır. Materikin qərb hissəsində dəniz iqlimi, şərq hissəsində isə mülayim kontinental iqlim hakimdir. Bu hissə Antaraktidanın təsirinə məruz qalır. Cənubi Amerikanın iqliminə Atlantik okeanı Sakit okeana nisbətən daha çox təsir göstərir.

Materikdə ekvatorial qurşaq Amazon ovalığının çox hissəsini əhatə edir. İl boyu burada isti və rütubətli hava hakimdir. İlin fəsilləri müşahidə olunmur. Subekvatorial qurşaq ekvatordan şimala və cənuba doğru geniş əraziləri əhatə edir. Yayda ekvatorial hava kütlələrinin hakim olduğu vaxt burada yağışlar başlayır. Qışda isə əraziyə quru küləklər daxil olur. Bu zaman yağıntılar azalır və quraqlıq dövrü başlayır. Tropik qurşaq subekvatorial qurşaqdan cənuba olan əraziləri əhatə edir. Materikin şərq hissəsi Atlantik okeanından gələn hava kütlələrinin təsiri altında olur. İl boyu isti və rütubətli hava şəraiti hakimdir. Bu ərazidə rütubətli tropik iqlim tipi yaranır. Sakit okeanı sahilləri və daxili hissələr üçün tropik səhra iqlim tipi səciyyəvidir. Burada il boyu quraqlıq olur. Peru soyuq cərəyanı üzərində yaranan duman və şeh yeganə rütubət mənbəyidir. Atakama səhrasında illərlə yağış yağmır. Tropik qurşaqda And dağlarının mərkəzi yaylasında iqlim sərtdir. Burada dünyanın ən quru, az məhsuldar yüksək dağlığı yerləşir. Ümumiyyətlə bura dünyanın ən quraq yerlərindən biri hesab olunur. Subtropik qurşağın iqlimi yayda tropik hava kütlələrinin təsiri altında formalaşır. Bu qurşaq üçün quru və isti havalar xarakterikdir. Qışda qərb küləkləri əraziyə okeandan mülayim və rütubətli hava gətirir. Bu səbəbdən də qurşaqda xeyli yağıntılar müşahidə olunur. Materikdə mülayim qurşaq ensiz cənub hissəni əhatə edir. Qərb küləklərinin il boyu gətirdiyi mülayim hava kütlələri bura üçün də xarakterikdir. Bu qurşaqda iki iqlim tipi ayrılır: Sakit okean sahilləri üçün dəniz iqlim tipi (buranı hətta Cənubi Amerikanın nəmişli küncü də adlandırılar); qurşağın şərq hissəsində rütubətin azaldığı mülayim kontinental iqlim tipi. Materikdə yüksək dağ iqliminə də rast gəlinir. And dağları yüksək dağ iqliminin müxtəlifliyi ilə seçilir. Burada dağ iqlimi təkcə dağın ətəyindən zirvəsinə doğru deyil, eyni zamanda şimaldan cənuba doğru da dəyişir.

 

Şimali Amerika

İqlimi

Materikin iqliminin platformasında coğrafi mövqeyinin, relyefinin, sahəsinin atmosfer sirkulyasiyasının, okean cərəyanlarının rolu böyükdür. Materikin şimalında və cənubunda dağlar olmadığından şimaldan arktik, cənubdan isə tropik kütlələri əraziyə maneəsiz olaraq daxil olur. Bu iki hava kütləsi materikin daxili hissələrində qarşılaşdıqda tornado adlı güclü küləklərin-qasırğaların yaranmasına səbəb olur. Materikin iqliminin formalaşmasına Şimal Buzlu okeanı və Atlantik okeanları böyük təsir göstərir. Çünki istər şimalda, istərsə də şərqdə hündür dağlar olmadığından bu okeanlar üzərində formalaşan hava kütlələri manesiz olaraq materikin içərisinə daxil olur. Bundan fərqli olaraq materikin qərbindəki Kordilyer dağları Sakit okeandan gələn hava kütlələrinin materikin daxili hissələrinə hərəkət etməsinə mane olur. Kordilyer dağları Sakit okeandan gələn rütubətli havanın qarşısını aldığından materikin qərb sahillərinə daha çox yağıntı düşür. Şm. Amerika ekvatorial iqlim qurşağından başqa bütün 6 iqlim qurşaqlarına malikdir: 1. Arktik qurşaq-qütb dairəsindən şimalda yerləşən və Şimal Buzlu okeanının təsiri altında olan əraziləri əhatə edir. Arktik hava kütlələri hakimdir. Ilboyu soyuq və az yağıntılıdır. 2. Subarktik qurşaq da yayda mülayim, qışda arktik hava kütlələri hakim olduğundan yay sərin, rütubətli; qış soyuq və quru olur. 3. Mülayim qurşaq Şm. Amerikada ən geniş ərazidə yayılıb. 40-600 şm enlikləri arasını əhatə edir. Mülayim hava kütlələri hakimdir. Relyefdəki fərqlər və okeandan uzaqlığı nəticəsində bu qurşaq daxildə 3 iqlim tipi- qərbdə-dəniz, daxili hissədə-kontinental, şərqdə isə mülayim-kontinental iqlim tipii yaranır. 4. Subtropik qurşaqda-okean cərəyanlarının, relyefin, hakim küləklərin təsiri altında 3 iqlim tipi yaranır. Qərbdə-Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, şərqdə-musson iqlim tipi yaranır. 5. Tropik qurşağının 2 tipi var. 1) Kaliforniya yarımadasında (soyuq Kaliforniya cərəyanının təsiri nəticəsində) və Meksika dağlıq yaylasında tropik səhra iqlimi yaranır. 2) Materikin şərqində rütubətli tropik iqlim qurşağı yaranır. Bu iqlim tipinin yaranmasına səbəb isti okean cərəyanları və bu əraziyə okeandan rütubətli passat küləklərinin əsməsidir. 6. Subekvatorial qurşaq materikin ucqar cənubunu əhatə edir. Il boyu yay isti və rütubətli, qış quraq olur.
 

Afrika

 

İqlimi[redaktə | əsas redaktə]

Ekvator xətti Afrikanın təqribən mərkəzindən şimal və cənub tropikləri onun üzərindən keçdiyinə görə ərazinin çox hissəsi isti qurşağa düşür və buna görə də o, ən isti materikdir. Materikin çox böyük hissəsində günəş ildə 2 dəfə zenitdə olur. Materikin ucqar şimal və cənub nöqtələrində belə ən soyuq ayın orta temperaturu 10°-12°-dir. Materikin iqliminə onun sahillərindən keçən soyuq SomaliKanarBengel cərəyanları, isti MadaqaskarMozambik, İynəburnu, AnqolaQvineya cərəyanları da təsir göstərir.

Yağıntılar qeyri-bərabər paylanıb, ekvatorial qurşağa ildə 2000–3000 mm və daha çox yağıntı düşür. Yeganə materikdir ki, burada olan iqlim qurşaqları həm şimalda həm də cənubda yerləşməklə təkrarlanır.

Materikdə bir ekvatorial, iki subekvatorial, iki tropik, iki subtropik iqlim qurşağı vardır. Materikin çayları onu əhatə edən 2 okean hövzəsinə və materikin sahəsinin 1/3-ni əhatə edən daxili axarlı hövzəyə aiddir. Ən böyük çaylar – NilSeneqalNigerKonqoNarıncı çayları Atlantik okeanı hövzəsinə aiddir. Zambezi və Limpopo çayları (Limpopo cənub tropik xəttini 2 dəfə kəsir) Hind okeanı hövzəsinə aiddir. Daxili axarlı hövzə Böyük Səhranı əhatə edir ki, orada Çad gölü və ona tökülən Şari çayı vardır. Materikin əsas gölləri – TanqanikaNyasaRudolf və s. Şərqi Afrika Sınma Zolağının qrabenlərində yerləşən uzunsov, şirinsulu göllərdir. Materikin ən böyük gölü olan Viktoriya platformanın əyilmə zonasında yerləşdiyinə görə sahəcə böyükdür.

İqlim qurşaqları kimi təbii zonaları da təkrarlanır:

  1. Rütubətli, həmişə yaşıl ekvatorial meşələr zonası – müxtəlif fikuslar, palmalar, seyba ağacları, banan, qıjı kimi bitkilərdən leopard, cırtdan, begemot, müxtəlif meymun növləri, timsah və s. yaşayır. Burada Afrikanın endemik heyvanı olan sese milçəyi vardır.
  2. Subekvatorial meşələr zonası.
  3. Savannalar və seyrək meşələr zonası – materikin 40 %-ni əhatə edir. Hündürlüyü 2 m-ə çatan otların arasında tək-tək Səyyah ağacı, Baobab, Butulka, Çətirli Akasiya ağacı, heyvanlardan antilop, zebr, zürafə, gərgədan, fil, begemot, şir, dəvəquşu və s. vardır.
  4. Tropik səhralar zonası – həm şimalda həm də cənubda yayılmışdır.
  5. Codyarpaqlı həmişə yaşıl meşə və kolluqlar zonası – materikin həm şimal həm də cənub hissəsində var.

Avstraliya

 

İqlimi

 
Avstraliyanın iqlim xəritəsi

Dünyanın ən quraq materikidir. Çünki cənub tropiki bu materiki tən ortadan kəsib keçir, deməli materikin çox hissəsində tropik hava kütləsi və yüksək atmosfer təzyiqi qurşağı üstündür. Burada enən hava axınları, passatlar (xüsusi ilə şərq sahilinə təsir edir) və yağıntısız, aydın, buludsuz hava hakimdir. Avstraliyanın qərb hissəsinə müxtəlif hava kütlələri maneəsiz daxil olduğu halda Böyük Suayrıcı silsiləsi şərqdən gələn rütubətli okean hava axınlarının qarşısını kəsib, materikin daxilinə buraxmır. Nəticədə Avstraliyanın şərq sahillərinə yağıntı çox, mərkəzi və qərb hissələrinə isə az düşür. Avstraliyada aşağıdakı iqlim qurşaqları var:

  1. Cənub subekvatorial qurşaq Avstraliyanın şimalını əhatə edir. Burada yayda (dekabr-fevral) ekvatorial (isti, rütubətli); qışda (Iyun-avqust) tropik (isti, quru) hava kütlələri hakimdir.
  2. Cənub tropik qurşaq – materikin mərkəz hissələrini əhatə edir. Burada qurunun geniş sahə tutması kontinental havanın formalaşmasına səbəb olur. 2 tipi var;
    1. rütubətli tropik iqlim-materikin şərqini əhatə edir. Bura il boyu Sakit okeandan tropik hava bol yağıntı gətirir.
    2. quru səhra tropik iqlim-materikin daxili və qərb hissəsi üçün səçiyyəvidir.
  3. Cənub subtropik qurşaq-materikin cənubunu əhatə edərək 3 iqlim tipi yaradır. Cənub-qərbdə- Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, Cənub-şərqdə-ilboyu bərabər rütubətli subtropik iqlim tipi yaranır.
  4. Mülayim iqlim – Tasmaniya adasının cənub hissəsini əhatə edir. Yay quru, sərin; qış mülayim, rütubətlidir.






Antarktika

Antarktika iqlimi— Cənub qütbünün Antarktida və ətraf okean sahələri üçün səciyəvi olan iqlimtipi. Bu yer kürəsinin ən sərt, soyuq və quru iqlimidir.

Antarktika iqlimini formalaşdıran əsas amillər günəş radiasiyasının azlığı, materikin qar örtüyü, dəniz səviyyəsindən yüksəkliyi (orta yüksəkliyi 2350 m) və Antarktika antiklonunun hakim olmasıdır. Qar örtüyü hətta yay ayları belə günəş enerjisini effektivsizləşdirir. Günəş radiasiyasının 90% qar örtüyü tərəfindən əks olunur. Cəmi 10% bölgənin qızdırılmasına sərf olunur. Vostok stansiyasında orta illik radiasiyanın miqdarı 120 kkal, yayda isə 30 kkal olur. Orta illik temperatur Cənub Qütb dairəsində -10 °C, daxili hissələrdə isə -50 °C təşkil edir. Antarktika iqlimi öz növbəsində Daxili plato iqlimi, buzlaq yamacı iqlimi, dəniz antarktika iqlimi və sahil iqlimi.

 

Daxili rayonlarda yerləşən «Amundsen-Skott» və Vostok stansiyalarınada daim meteoloji müşahidələr aparılır. Dome Fuci stansiyasında yer səhtində ən soyuq temperatur qeydə alınmışdır (−91,2 °C)[2]. Burada qış ayları orta temperatur −60 ; −70 °C, yayda isə −25° ; −45 °C olur. Bu hissədə ən isti temperatur Vostok standiyasında 16 dekabr 1957-ci ildə -13,6 °C olaraq qeydə alınmışdır. Vostok stansiyasında apreldən sentyabra qədər temperatur temperatur -80 °C-dən aşağı düşmmür. İllik temperatur isə -70 °C-dən aşağı olur. Burada daim qüçü 3–4 m/san ilan küləklər əsir. Orta illik yağıntının miqdarı isə 30–50 mm arasənda dəyişir. Qərbi Antarktida hava şərqə nisbətən mülayimdir. Yayda temperatur -28 °C, qışda isə 60 °C olur. Yağıntının miqdarı 55 mm olur.

Buzlaq yаmacı iqlimi

Buzlaq yamacı iqlimi əsasən Antarktik yarımadası rayonunda geniş sahəni tutur. Burada yay ayları temperatur +10 °C qədər yüksəlir. Ən isti ayı yanvardır. Yayda orta temperatur 1-2 °C arası, qışda isə -8 °C təşkil edir. Antarktik yarımadasının daxili hissələrində orta temperatur isə -35 °C-dir. Küləyin orta sürəti 12 m/san olur. Bəzi bölgələrdə küləyin güçü 50-60, bəzən isə 90 m/san qədər yüksələ bilir. Sahilə yaxın hissələrdə rütubət 60-80%, vahələrdə isə 20 hətta 5 % təşkil edir. Burada yağıntı əsasən qar halında düşür. Daxili hissələrdə 30–50 mm, materikin aşağı ətəklərində 400–500 mm, şimal-qərbdə isə hətta 700-800, bəzən isə 1000 mm yağıntı düşür.

Sahil iqlimi

Sahilində iqlim soyuqdur. Burada bir qayda olaraq −40, −45 °C-dən aşağı olmur. Burada orta temperatur -10, -12 °C-dir. Atarktik yarımadası zonasında orta temperatur -5 °C qədər artır. Yay ayı olan yanvar ayında temperatur -4 °C olur. Yarımadanın şimal-qərb hissəsində temperatur +2 °C qədər yüksələ bilir. Mirnı stansiyasında 1956-cı ildə +8 °C qeydə alınmışdır. Bölgənin ən yüksək temperaturu 1958-ci ildə Triniti yarımadasının sahilində +14 °C olaraq qeydə alınmışdır.

Dəniz antarktika iqlimi

Antarktikanın ən sərt küləkləri burada müşahidə edilir. Burada küləyin güçü 30-40 kkal təşkil edir. Bölgə üzərində Antarktika antisiklonu hakimdir. Yayın ən isti ayları belə temperatur 10 °C keçmir. Qışda isə 0 °C-dən aşağı olur. Cənub hissələrdə bəzən -10 °C olur. Qərb küləklərinin təsiri burada 75 m/san çatır. Burada illik yağıtın miqdarı 300–500 mm, sahil hissələrində isə yağıtı bəzən 1000 mm qədər qalxır.



Bugün 20 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol