Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Kartoqrafik proyeksiyalar

Kartoqrafik proyeksiyalar  Kürə və ya sferik formada olan yeri müstəvi üzərində təsvir etmək üçün istifadə edilən vasitələr.

Kartoqrafik proyeksiyalar seçilərkən müəyyən həndəsi fiqurlardan istifadə edilir və proyeksiyalar həmin fiqurların adı ilə adlandırılır. Kartoqrafik proyeksiyanın aşağıdakı növləri vardır:

  1. Silindirik proyeksiya
  2. Konus proyeksiya
  3. Çoxüzlü proyeksiya
  4. Azimutal proyeksiya

Seçilmiş proyeksiyadan asılı olmayaraq kürəni müstəvi üzərində təsvir edərkən müəyyən səhvlər yaranır ki, buna təhriflər deyilir. Xəritədə 4 təhrif yaranır:

  1. Sahə təhrifi
  2. Forma təhrifi
  3. Uzunluq təhrifi
  4. Bucaq təhrifi

Təhriflər kəmiyyəti ilk növbədə miqyasdan asılıdır. Xəritə nə qədər kiçik miqyaslı olarsa təhrif bir o qədər çox olar. Bundan başqa təhriflər coğrafi obyektlərin ekvatora yaxınlığından da asılıdır. Ekvator ətrafında olan ərazilərdə təhriflər az müşahidə edilir. Ekvatordan qütblərə doğru uzaqlaşdıqca təhriflərin kəmiyyəti çoxalır. Buna görədir ki, xüsusən açıq dünya xəritəsində Qrenlandiya adası Avstraliyadan, Antarktida materiki isə Afrikadan böyük görünür. Halbuki, Qrenlandiya Avstraliyadan sahəcə 3.5, Antarktida isə Afrikadan 2 dəfə kiçikdir. Xəritədə qeyd edilən təhriflərin baş verməsinin səbəbi Afrika və Avstraliyanın ekvatora yaxın yerləşmələrinə görə bunlarda təhrifin az, Antarktida Qrenladiya isə qütbdə yerləşdiyinə görə təhrifin çox olmasıdır. Heç bir xəritədə ərazidə olan bütün coğrafi obyektləri göstərmək mümkün deyil. Buna görə də plan və ya xəritə tərtib edərkən məqsəddən asılı olaraq əsas obyekt göstərilir, 2-ci dərəcəli obyekt atılır. Buna kartoqrafik ümumiləşdirmə və ya generalizasiya deyilir. Generalizasiyanın kəmiyyəti xəritənin miqyasından asılıdır. Xəritə nə qədər böyük miqyaslı olursa, generalizasiya bir o qədər az müşahidə edilir. Təhrifin növünə görə kartoqrafik proyeksiyalar 3 cür olur:

  1. Bərabərsahəli – bunlarda sahə təhrifi olmur, digər təhriflər çox olur. Bu xəritələrdən əsasən sahələrin hesablanmasında istifadə edilir.
  2. Bərabərbucaqlı – bunlarda bucaq təhrifi olmur, digər təhriflər çox olur. Belə xəritələrdən naviqasiyada yəni nəqliyyatda istifadə edilir.
  3. İxtiyari və ya konform – bunlarda bütün təhrif növləri olur lakin az miqdarda. Belə xəritələrdən tədrisdə istifadə olunur.

Qlobus meridian və paralellərin yaratdığı dərəcə torunu, xəritə üzərindəki coğrafi enlik və uzunluğun əmələ gətirdiyi kartoqrafik şəbəkəyə çevirmənin riyazi üsulu kartoqrafik proyeksiya adlanır.

Proyeksiyalar hamısı təhriflidir – onların birində ölkənin ölçüləri, digərlərində isə forması həqiqətə uyğun olmur.

İstifadə olunan köməkçi həndəsi səthdən asılı olaraq kartoqrafik proyeksiyalar dörd sinifə bölünürlər:

a) silindrik proyeksiyada qlobus ekvator boyu silindirə toxunur.
b) konus proyeksiyasında qlobus hər hansı paralel üzrə konusa toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra bərabər olur. Ona görə də belə xətlər sıfır təhrifli xətlər adlanır.
c) azimutal proyeksiyada kürənin hər hansı bir nöqtəsi müstəviyə toxunur.

Xəritə tərtib edərkən onun proyeksiyasını hesablamaq və qurmaq üçün istifadə edilən miqyasa baş miqyas deyilir. Xəritənin istənilən nöqtəsində kiçilmənin həqiqi nisbətini yəni, xüsusi miqyası hesablamaqla, xəritədəki obyektlərin və məsafələrin Yer üzərindəki həqiqi ölçülərini təyin etmək olar.

 


Bugün 22 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol