Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Coğrafi Koordinatlar

 

Coğrafi koordinatlar

Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Onun dərəcə qiyməti 0-90° arasında dəyişir. Ekvatordan şimalda yerləşən məntəqələrin coğrafi enliyi şimal enliyi (şm.e.), cənubda yerləşən məntəqələrin enliyi isə cənub enliyi (c.e.) adlanır.

Bakı 40° şm.e.-də yerləşir. 
Moskva 56° şm.e.-də yerləşir. 
Ekvatorun coğrafi enliyi 0°-dir.

 

Coğrafi uzunluq – Qrinviç meridianı ilə verilən məntəqədən keçən meridian arasında qalan paralel qövsünün dərəcələrlə uzunluğudur. Dərəcə ilə qiyməti 0 – 180° arasında dəyişir. Verilən məntəqə Qrinviç meridianından qərbdə yerləşirsə, onun coğrafi uzunluğu qərb uzunluğu (q.u.), şərqdə yerləşirsə, şərq uzunluğu (ş.u.) adlanır.

Bakı 50° ş.u.-da yerləşir. 
Moskva 38° ş.u.-da yerləşir. yerləşir.

Xəritə və qlobusda nöqtələrin coğrafi mövqeyini təyin etmək üçün dərəcə torundan istifadə edilir. Coğrafi enliyi təyin etmək üçün verilən məntəqədən keçən paraleli müəyyən etmək lazımdır. Adətən paralellər 10°-dən bir çəkilir və xəritənin kənarında onların dərəcələri yazılır. Bu halda məntəqənin dəqiq enliyini təyin etmək üçün xəritənin kənarındakı çərçivədə verilən dərəcələrdən istifadə etmək lazımdır. Bəzən məntəqə xəritədə göstərilən paralellərin üzərinə düşmür. Məsələn, Moskva 50° və 60° şimal paralelləri arasında yerləşir. Bu paralellər arasındakı məsafə 5 bərabər hissəyə bölünüb. Hər bölgünün 2°-yə bərabər olduğunu nəzərə alaraq, Moskva şəhərinin 56°şm.e.-də yerləşdiyini müəyyən edə bilərik. Coğrafi uzunluğun təyin edilməsi də eyni üsulla, meridianlar arasındakı dərəcələrdən istifadə etməklə yerinə yetirilir.


Coğrafi koordinat sistemi


 
Coğrafi uzunluqlar ekvatora perpendukliyar, coğrafi enliklər isə paraleldir.

Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir.

Meridian (coğrafiya)

Meridianlar sarı xətlərlə göstərilmişdir

Meridian (latınca: meridies - Günorta xətti) – Coğrafi qütübləri yer səthindən keçməklə birləşdirən ən qısa xətt meridian adlanır.Bütün meridianlar 360 dərəcədə kəsişirlər. Onların uzunluğu 20 003,93 km-dir.Beynəlxalq praktikada meridianların başlanğıcı Böyük Britaniyanın paytaxtı London şəhərindən sayılır.
 

Qrinviç meridianı (Başlanğıc meridianı)

Dünya xəritəsində Qrinviç meridianı

Qrinviç meridianı – Böyük Britaniyanın paytaxtı Londondakı Qrinviç qəsəbəsində yerləşən Qrinviç rəssədxanasından keçən meridiana deyilir. Bu meridian sıfırıncı meridian adlanır. Əvvəllər sıfırıncı meridian İngiltərədə "Qrinviç meridianı" , Fransada "Paris meridianı" və Rusiyada "Pulkov meridianı" adlanırdı. 1884-cü ildə ABŞ Konqresində sıfırıncı meridian kimi "Qrinviç meridianı" anlayışı qəbul olunmuşdur.

 
CoğrafiyaRedaktə

 

Koordinatlar
(təqribən)
Ölkə, bölgə və ya dəniz Qeydlər
90°0′N 0°0′E / 90.000°N 0.000°E Şimal Buzlu okeanı  
81°39′N0°0′E / 81.650°N 0.000°E Qrenlandiya dənizi  
72°53′N0°0′E / 72.883°N 0.000°E Norveç dənizi  
61°0′N 0°0′E / 61.000°N 0.000°E Şimal dənizi  
53°45′N0°0′E / 53.750°N 0.000°E Flag of the United Kingdom.svg Böyük Britaniya Meridian Şərqi Yorkşir yaxınlığındadır.
50°47′N0°0′E / 50.783°N 0.000°E La-Manş  
49°19′N0°0′E / 49.317°N 0.000°E Flag of France.svg Fransa  
42°41′N0°0′E / 42.683°N 0.000°E Flag of Spain.svgİspaniya  
39°56′N0°0′E / 39.933°N 0.000°E Aralıq dənizi Valensiya körfəzi
38°52′N0°0′E / 38.867°N 0.000°E Flag of Spain.svgİspaniya  
38°38′N0°0′E / 38.633°N 0.000°E Aralıq dənizi  
35°50′N0°0′E / 35.833°N 0.000°E Flag of Algeria.svg Əlcəzair  
21°50′N0°0′E / 21.833°N 0.000°E Flag of Mali.svg Mali  
14°59′N0°0′E / 14.983°N 0.000°E Flag of Burkina Faso.svg Burkina-Faso  
11°6′N 0°0′E / 11.100°N 0.000°E Flag of Togo.svg Toqo Təxminən 600 m-dir.
11°6′N 0°0′E / 11.100°N 0.000°E Flag of Ghana.svg Qana Təxminən 16 km-dir.
10°57′N0°0′E / 10.950°N 0.000°E Flag of Togo.svg Toqo  
10°36′N0°0′E / 10.600°N 0.000°E Flag of Ghana.svg Qana Volta gölündən keçərək 7°48′N0°0′E / 7.800°N 0.000°E
5°37′N 0°0′E / 5.617°N 0.000°E Atlantik okean Ekvatordan keçərək 0°0′N0°0′E / 0.000°N 0.000°E
60°0′S 0°0′E / 60.000°S 0.000°E Cənub okeanı  
68°54′S0°0′E / 68.900°S 0.000°E Antarktika Kraliça Mod torpağı (sahibi Flag of Norway.svg Norveç ölkəsidir) 90°0′S0°0′E / 90.000°S 0.000°E

 

Ekvator

 
Ekvator

Ekvator — şimal və cənub yarımkürələri bir-birindən ayıran, yerin mərkəzindən keçən onun fırlanma oxuna perpendikulyar müstəvi üzərində yerləşən xəyali dairəvi xətt.

Ekvator xəttinin uzunluğu 40 min 76 kilometrdir. O yeganə ən böyük en çevrəsidir və onun coğrafi en 0° -dır.

Ekvator Yer kürəsində 11 ölkədən və 1 arxipelaqdan keçir. Onlar aşğıdakılardır:



 
 



Bugün 32 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol