Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Yeraltı Servetler

Azərbaycanın təbii sərvətləri

Təbii sərvətlər - bəşəriyyətin varlığı üçün zəruri olan və təsərrüfatda istifadə olunan təbiət elementləri.

Azərbaycan çox qədim zamanlardan öz təbii sərvətləri ilə dünyanın diqqətini cəlb etmişdir. Ümumiyyətlə təbii ehtiyat dedikdə insanların həyat və təsərrüfat fəaliyyətində istifadə etdiyi bütün təbiət komponenetləri başa düşülür (bəzən təbii sərvət və ya resurs adlanır). Təbii sərvətlər aşağıdakı növlərə bölünür:1.Tükənməyən: Günəş, geotermal, külək, nüvə enerjiləri, iqlim, qabarma - çəkilmə, dəniz cərəyanları. 2.Tükənən: A) Bərpa olunmayan: bütün faydalı qazıntılar. B) Bərpa olunan: Torpaq, bioloji ehtiyatlar, su enerjisi.

 

 

 
Neft və qaz yataqlarıRedaktə

Xəzər dənizi - neft mədəni

Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir. Azərbaycan ərazisi dünyanın ən qədim neft çıxarılan bölgələrindən biridir. Zəngin neft və qaz yataqları olan bu torpaqlarda gedən bir çox savaşların da kökündə həmin amil dayanmışdır. Azərbaycan ərazisi 2/3 hissəsi neft və qaz yataqları ilə də zəngindir. Belə ki, son dövrdə iki böyük neft yatağının (“Şahdəniz” və “Ümid”) kəşf olunmuşdur. «Şahdəniz » platformasında 4 istismar quyu qazılmış və onlardan biri fəaliyyət göstərir. “Ümid” yatağının üzən qazma qurğusu vasitəsilə 9 quyu qazılıb. Kəşfiyyat quyusunun qazılması Dövlət Neft Şirkəti (DNŞ) tərəfindən “Ümid-1” platformasında aparılmışdır. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa, cənub-şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası da neftlə zəngindir.

Ölkənin yanar faydalı qazıntıları neft, qaz, şist, torf və başqalarıdır. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır. 1985-ci ilədək Azərbaycanda təqribən 1,2 mlrd. ton neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Bu neft yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst, xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır. Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir.

 
Faydalı filiz yataqlarıRedaktə

Filiz şəklində çıxan faydalı qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər. Dəmir filizləri ilə zəngin Daşkəsən, cənubi Daşkəsən və “Dəmir” yataqları sənaye əhəmiyyəti kəsb edir. Daşkəsən dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250 mln. tondur. Qafqaz regionunda Daşkəsən dəmir filizi yatağı ehtiyatlarına görə dünyada Çindən sonra 2-ci yeri tutmuşdur.

Kobalt filizlərinin sənaye əhəmiyyətli yığımları Daşkəsən filiz rayonunda məlumdur. Burada kobalt filizləri həm müstəqil (Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə birgə əmələ gəlmişdir.

Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın ərazisində: Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, Gədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, Baskənd yataqları yayılmışlar. Bu yataqlarda həmçinin sənaye əhəmiyyətli gümüş, mis və s. qarışıqlar var. Hazırda qızılın çoxsaylı təzahürləri (Tülallar, Kəpəz, Dabalt, Küngütçay, Kələki, Unus və s) aşkar edilmişdir. Əlincəçay və Kürəkçay hövzəsində aşkar edilmiş səpinti qızıl yataqlarında qiymətləndirmə işləri aparılmış, ilkin ehtiyatları hesablanmış və sənaye əhəmiyyətliliyi müəyyən edilmişdir. Xromit yataqları və təzahürlər (Göydərə, Kazımbinəsi, Ipək, Xatəvəng və s.), əsasən Kəlbəcər və Laçın rayonları ərazisindədir.

Manqanın kiçik həcmli yataqları və təzahürləri Kiçik Qafqazın Somxeti-Ağdam (Mollacəlilli, Daş Salahlı və s.), Böyük Qafqazın Vəndam (Mücü, Balakənçay) və Araz (Biçənək, Ələhi) struktur-formasiya zonalarında məlumdur.

Azərbaycan ərazisində mis filizləri mis-kolçedan və mis-porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral tərkibi, əsasən, pirit və xalkopiritdən ibarətdir. Çox vaxt filizin tərkibində sfalerit və qalenitə də rast gəlir. Mis-porfir formasiyalı filizlərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli metallar olur. Hər iki formasiyanın filizləri Gədəbəy filiz rayonunda törəmə kvarsitlərdə yerləşir. Mis-porfir filizləşməsi daha geniş yayılmışdır. Qaradağ və Xarxar yataqlarından (Gədəbəy filiz rayonu) başqa bu rayonda mis-porfir filizləşməsinin bir çox təzahürləri də var. Gədəbəy rayonunda ştok formalı ehtiyatı tükənmiş eyni adlı mis-kolçedan yatağı da məlumdur. Mehmana filiz rayonunda mis-porfir təzahürləri (Dəmirli və Xançınçay) mövcuddur.Böyük Qafqazın cənub yamacında Alt Yura yaşlı terrigen çöküntülərdə bir sıra mis-sink yataq və təzahürləri (Çıxıx-Saqator, Mazımçay, Karabçay və s.) məlumdur.

Naxçıvan MR ərazisində də mis-porfir tipli filizləşmə, əsasən, Mehri-Ordubad qranitoid batolitinin ekzo və endotəmas zolağında (Diaxçay, Göygöl, Göydağ və s.) yerləşir. Bunlardan başqa Xalxal mis-kolçedan, Göygöl, Ağrıdağ mis, Nəşirvaz, Kilit-Kətəm mis-kobalt, Nəgirvaz mis-polimetal təzahürləri məlumdur.

Alüminium filizinin (alunit) ən böyük yatağı Daşkəsən rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı ildən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır. Gəncə Alüminium Zavodunda bu filizdən alüminium-oksidlə bərabər kalium kübrəsi, soda, sulfat turşusu və s. alınır.

Naxçıvan MR-nın qərb hissəsində Perm çöküntülərinin yayıldığı sahələrdə alüminiumun ən yaxşı xammalı olan boksit filizinin təzahürləri (Sədərək-Şərur rayonlarında) məlumdur.

Civə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi hissəsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük yataqlarının - Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu), Çilgəzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır. Civə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı və tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və vulkanogen süxurlarda rast gəlinir. Kinovar filizlərdə pirit, xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit və s. minerallarla assosiasiya təşkil edir. Naxçıvan MR-da Badamlı-Aşağı Kişlaq təzahürləri məlumdur. Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad və Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid plutonlarının təmasında müşahidə edilmişdir.


Yada salın.
 Təbiətdə yayılmış süxurlar mənşəyinə görə maqmatik, çökmə, metamorfik olur.

İnsanların istifadə etdiyi yeraltı sərvətlər faydalı qazıntılar və ya mineral ehtiyatlar adlanır. Mənşəyinə görə mineral ehtiyatlar üç yerə bölünür:

Filiz faydalı qazıntılar – maqmatik mənşəlidir. Onlara daha çox dağlarda və denudasion düzənliklərdə rast gəlinir. Zəngin dəmir filiz yataqları Ural, Skandinaviya dağlarında, Braziliya, Qərbi Avstraliya və Dekan yaylalarında yayılmışdır. Alüminiuma boksit, alunit və nefelin kimi mineralların tərkibində rast gəlinir. Ən iri boksit yataqları Braziliya, Böyük Çin, Qərbi Avstraliya, Qviana yaylalarında və digər ərazilərdədir. Mis yataqları isə And dağları və Mərkəzi Afrikada daha çoxdur. Cənub Şərqi Asiya qalay və volfram, CAR (Cənubi Afrika Respublikası) və ABŞ isə qızıl yataqları ilə seçilir.

Qeyri-filiz faydalı qazıntılar – Yer qabığında daha geniş yayılmışdır. Şimali Afrika, Florida, Şərqi Avropa və Böyük Çin apatit və fosforit yataqları ilə zəngindir.

Yanar faydalı qazıntılar – çökmə mənşəlidir. Ovalıq və şelf zonalarında daha çox rast gəlinir. Neft və təbii qazın ən mühüm yataqları İran körfəzi, Qərbi Sibir, Şimal dənizi, Xəzər dənizi, Qvineya körfəzi , Meksika körfəzi və s.-dir.

Daş kömürün əsas yataqları Appalaç, Şərqi Avropa düzənliyi, Orta Sibir yaylası, Cənubi Afrika, Şərqi Avstraliya və Böyük Çindədir.
 

 YERALTI SƏRVƏTLƏR

Xörək duzu

Neft

Təbii qaz

Daş kömür

Qızıl

Mərmər

Dəmir Filizi
 











Mineral ehtiyatlar tükənən sərvətlərdir. Onlardan səmərəli və qənaətlə istifadə edilməlidir.

 



Bugün 11 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol