Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Daxili Planetler

Daxili planetlər

Daxili planetlər.
Soldan sağa: MerkuriVeneraYer və Mars.

İç planetlər (ing. Inner planet) — yüksək sıxlığa və qaya səthə sahib olan Günəş sisteminin ilk dörd planetidir. Təbii peykləri ya çox azdır, ya da heç yoxdur. Bu planetlərin halqaları yoxdur. Daxili planetlər yüksək ərimə nöqtəsinə sahib olan elementlərdən formalaşmışdır. Silikatlar qatı yer qabığını və yarı qatı olan mantiyanı meydana gətirir. Dəmir və nikel kimi metallarsa planetlərin nüvəsini meydana gətirir. Daxili planetlərdən VeneraYer və Marsın atmosferləri vardır. Daxili planetlərin hamısında göy cismlərinin toqquşması nəticəsində meydana gələn kraterlər, vulkanlar və vadilər kimi relyef formaları vardır.

 

 
MerkuriRedaktə

Əsas məqalə: Merkuri

Merkuri Günəşə ən yaxın və ən kiçik planetdir. Təbii peyki yoxdur və meteor kraterlərindən başqa bilinən tək geoloji xüsusiyyəti böyük ehtimalla ilkin dövrlərində keçirdiyi büzülmə səbəbindən formalaşmış qırışıq silsilələrdir.Merkurinin əhəmiyyət verilməyəcək dərəcədə az olan atmosferi Günəş küləkləri səbəbindən səthindən qopan atomlardan meydana gəlir.Ölçüsünə görə böyük olan dəmir nüvəsi və nazik mantiyasının səbəbi hələ də tam olaraq bilinmir. Ehtimallar arasında böyük bir toqquşmanın xarici təbəqələrini parçaladığı ya da Günəşin enerjisi səbəbindən tam olaraq qarışma prosesi ilə böyüyə bilməməsi vardır.

 
VeneraRedaktə

Əsas məqalə: Venera

Venera Günəşdən uzaqlığına görə ikinci planetdir və ölçüləri Yerə yaxındır. Yerə oxşayan dəmir nüvənin ətrafında qalın silikat mantiyası və diqqətəlayiq atmosferi vardır. Bundan başqa daxili geoloji aktivliyin olduğu haqqında sübutlar vardır. Geoloji aktivliyin olması haqqındakı sübutlar dəqiq olmasa da, Veneranın maqnit sahəsi olmaması səbəbindən uçub gedən atmosferinin partlayan vulkanlarla yeniləndiyi düşünülür.Venera Yerdən çox qurudur və atmosferi 90 dəfə daha sıxdır. Veneranın təbii peyki yoxdur. İstiliyi 400 °C-dən daha çoxdur. Atmosferindəki qazlar istixana effekti yaradaraq onu ən isti planetə çevirmişdir.

 
YerRedaktə

Əsas məqalə: Yer

Yer Günəşdən uzaqlığına görə üçüncü planetdir. Daxili planetlərin ən böyüyü və ən yüksək sıxlığa sahib olanıdır. Yer aktiv geoloji fəaliyyətə sahibdir və üzərində həyat olduğu sübut olunan tək planetdir. Sahib olduğu hidrosferin daxili planetlər arasında oxşarı yoxdur. Bundan başqa yer plitələrin tektonikasına sahib olan tək daxili planetdir. Yerin atmosferi digər planetlərin atmosferindən tamamilə fərqlənir. Yer atmosferi 21% oksigenə sahibdir.] Ay Yerin təbii peyki Aydır. Yer daxili planetlər içində ən böyük təbii peykə sahib olan planetdir.

 
MarsRedaktə

Əsas məqalə: Mars

Mars Günəşdən uzaqlığına görə dördüncü planetdir. Yer və Veneradan daha kiçikdir. Böyük hissəsi CO2-dən ibarət olan atmosferi vardır. Olimp vulkanı və Valles Marineris kanyonu çox yaxın dövrlərədək Marsda geoloji aktivliyin olmasının sübutlarıdır.Olimp vulkanı Günəş sisteminin ən hündür zirvəsi, Valles Marineris kanyonu isə Günəş sisteminin ən böyük və dərin kanyonudur. Marsın iki kiçik təbii peyki vardır. Bu peyklərdən böyüyü Fobos, kiçiyi isə Deymos adlanır. Bu peyklərin Marsın cazibə qüvvəsi tərəfindən tutulmuş asteroidlər olduğu düşünülür.



Bugün 38 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol