Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Işıqlanma Qurşaqları

İqlim qurşaqlarıRedaktə

Əsas iqlim qurşaqlarıRedaktə

1. Ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. İlboyu ekvatorial hava kütləsi hakimdir. Günəş radiasiyasının miqdarı az dəyişdiyindən fəsillər bilinmir, daima yaydır. Günəşin düşmə bucağı böyük, hava qalxan hərəkətlidir. Ilboyu temperatur +26 və 28 °C-dir. Təzyiq alçaqdır. Hər gün hava buludlu və yağıntılı olur. Sıx çay şəbəkəsi mövcuddur. Yağıntıların çox olmasının əsas səbəbi bu zonada okeanların çox geniş sahə tutmasıdır. Yüksək temperator var. Hava ilboyi isti və rütubətli olur

2-3 Tropik (2). İlboyu tropik hava kütlələri hakimdir. Burada təzyq yüksək, hava enən hərəkətli olduğundan buludsuzluq, az yağıntı, yüksək temperatur şəraiti mövcuddur. Sutkalıq temperatur amplitudu böyükdür, isti və quru küləklər (passatlar) əsir. Tropiklərdə yalnız materiklərin şərq sahillərində yağıntıların miqdarı bir qədər artır. Buna səbəb isti cərəyanlar, musson və passat küləklərinin təsiridir. Şimal yarımkürəsində mussonların təsiri ilə Cənubi və Cənubi-Şərqi Asiyada tropik iqlim qurşağı tam zolaq yarada bilmir. Tropik iqlim qurşağı 2 tipə ayrılır:

2.1.Rütubətli (dəniz);

2.2.Səhra (kontinental).

4-5. Mülayim (2) 40-lik enliklərdən qütb dairəsinə qədər uzanır. Mülayim hava kütlələri və Qərb küləkləri hakimdir. Alçaq təzyiq, hava qalxan hərəkətlidir. Fəsillər aydın seçilir. Illik temperatur amplitudu böyükdür. Ən böyük sutkalıq temperatur amplitudu yazda və payızda aydın, buludsuz havada müşahidə olunur. Mülayim enliklərdə materiklərin qərb sahillərində isti cərəyanların və qərb küləklərinin təsiri nəticəsində yağıntıların miqdarı artır. Geniş ərazidə yayıldığından ( xüsusilə Avrasiyada ) 4 tipə ayrılır: a) dəniz-qış yumşaq, yay sərin, ilboyu rütubətli; b) mülayim-kontinental- qış rütubətli soyuq, yay quru sərin (Urala qədər); c) kəskin kontinental—yayı isti, qışı sərt soyuq, illik temperatur amplitudu yüksək, yağıntı (əsasən yay aylarında düşür) az (Sibir, Tibet dağlıq yaylası); d) musson -yay rütubətli mülayim, qış quru mülayim (Şərqi Asiya).

6-7. Arktik (Antarktik) - Arktik hava kütlələri hakimdir. Günəşin düşmə bucağı və temperatur amplitudası kiçikdir. Hava enən hərəkətli, təzyiq yüksək, ilboyu quru, soyuq, az yağıntılıdır. Fəsillər bilinmir.

Keçid iqlim qurşaqlarıRedaktə

8-9. Subekvatorial (2 dənə). 2 fəsil var. Yayda ekvatorial hava kütlələri hakim olduğundan hava isti və rütubətli, qışda tropik hava kütlələri hakim olduğundan hava isti və quru olur. Çayları yayda bol sulu olur (yağıntı bol olduğundan). Bitki və heyvanlar aləmi zəngindir.

10-11. Subtropik ( dənə). Yayda tropik hava kütlələri hakim olduğundan hava isti və quru, qışda mülayim hava kütlələri hakim olduğundan hava rütubətli və sərin olur. Fəsillər aydın seçilir. Temperatur amplitudu yüksəkdir. Avrasiya materikində bir-birindən fərqlənən 4 tipə ayrılır: a) Aralıq dənizi iqlim tipi - materikin qərbini əhatə edir. Yay isti quru, qış mülayim və rütubətli keçir. Azərbaycanda bu iqlim tipi daxilindədir: b) Kontinental- materikin mərkəzi hissəsini əhatə edir. Yay quru və isti, qış quru və soyuq olur. Temperatur amplitudu böyükdür: c) Musson - materikin şərqini əhatə edir. Yay rütubətli və sərin, qış quru və sərin olur. d) Cənub yarımkürəsində musson iqliminin əvəzində ilboyu bərabər rütubətli iqlim tipi geniş yayılıb.

12-13, Subarktik və subantarktik. Yayda mülayim hava kütlələri hakim olduğundan hava mülayim və rütubətli, qışda arktik hava kütlələri hakim olduğundan hava quru və soyuq olur. Bu qursaqda bataqlıqların yaranmasının başlıca səbəbləri - buxarlanmanın az, ifrat rütubətlənmə və daimi donuşluğun mövcud olmasıdır. Fəsillər arktik və ekvatorial qurşaqda bilinmir, mülayim və subtropik qurşaqlarda isə aydın seçilir. Subekvatorial, subarktik və tropik iqlim qurşaqlarında isə ilboyu yalnız 2 fəsil - yay və qış müşahidə olunur. Insanın yaşayıb, fəaliyyət göstərməsi üçün mülayim, subtropik və subekvatorial iqlim qurşaqları daha əlverişlidir. Dünya əhalisi subtropik və şimal mülayim qurşaqlarında daha sıx məskunlaşıb. [2]

Qeyd edək ki, dünyada mövcud olan 13 iqlim qurşağından 2-si (subtropik və mülayim) Azərbaycandadır.

Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə fəsillərin əmələ gəlməsinə, gecəgündüzün uzunluğunun dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən ərazilər vardır. Bunları fərqləndirmək üçün Yerdə işıqlanma qurşaqları ayrılır.

Şimal və Cənub tropikləri arasında tropik işıqlanma qurşağıyerləşir. Bu qurşaq Günəş üfüqdə zenitdə olduğuna görə kifayət qədər işıqlanır və istilik alır. Ona görə havanın orta illik temperaturu 20°C-dən yuxarı olur.

Tropiklər və qütb dairələri arasında Şimal mülayim və Cənub mülayim işıqlanma qurşaqları ayrılır. Burada Günəş zenitdə olmur, ilin dörd fəsli aydın hiss edilir, tropiklərə doğru iqlim istiləşir. 

İşıqlanma qurşaqları


Bugün 28 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol