Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Okean Dibinin Relyefi

Quru səthində olduğu kimi, okean dibinin relyefi də mürəkkəbdir. Okean dibinin öyrənilməsində ABŞ, İngiltərə, Yaponiya, Rusiya, Fransa və s. ölkələr daha çox nailiyyətlər əldə etmişdir. Kosmik tədqiqatlar okean dibinin daha dəqiq öyrənilməsinə imkan verir. Məlum olmuşdur ki, orada külli miqdarda sönmüş və fəaliyyətdə olan vulkanlar, sıra dağlar, düzənliklər, çökəkliklər, dərələr var.




  1. Materik dayazlığı və ya şelf – materikin sualtı davamında 200 metrə qədər dərinlikdəki ərazini əhatə edir. Azmeyilli səthi qalın çökmə süxurlarla örtülmüşdür.
  2. Materik yamacı – 200 metrdən 1500 metrədək olan dərinliklər arasındadır. Meyilliliyi çox olduğundan çökmə süxur qatı nazikdir.
  3. Materik ətəyi 1000 – 1500 metrdən 3000 metr dərinliyinə qədər olan ərazilərdir. Bu ərazi materiklə okean yer qabığı arasındakı sərhəddir.
  4. Okean yatağı və ya abissal düzənliklər – okean dərinliklərində yerləşən düzənliklərdir. Səthi hamar olub, okean dibinin əsas hissəsini tutur.
  5. Orta okean silsiləsi – okean dibində yerləşən dağlardır. Bəzən bu dağların zirvələri su səthindən yuxarı qalxaraq adalar yaradır.
  6. Okean novları – okean dibindəki ensiz və dərin çökəkliklərdir.

 







Dünya OkeanıRedaktə

Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı) — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkilyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanını səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 m²) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçdülər. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir.

Beynəlxalq Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən 60 dərəcə cənub paralelindən Antarktikaya qədər olan sular Cənub okeanı adlandırıldı.

Dünya Okeanı 4 okeana ayrılır - Sakit okeanAtlantik okeanıHind okeanıŞimal Buzlu okeanı.



Bugün 29 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol