Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Coğrafi keşfler

Coğrafi kəşflər

 

 

 

 

 

Fra Mauro xəritəsi (1459, Venesiya)

 

Xristofor Kolumb Santa Maria adlı gəmisi ilə Qərbi Hind adlarını kəşf etmişdir.

 

Xristofor Kolumbun yeni kəşf olunan sahilləri gəzməsi.

Coğrafi kəşflər — XV-XVI əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədi ilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnmiş kəşflərə verilən ad. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdən orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk çoğrafi kəşflər Atlantik okeanı  Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları  Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur.

Coğrafi kəşflərin başlanmasının başlıca səbəbləriRedaktə

 

  • Avropada çoğrafiya elminin daha geniş öyrənilməsi və gəmiçilik təcrübələrinin genişlənməsi, kompasın kəşfi.
  • Yerli əhalinin Avropada olmayan ancaq başqa dünyalarda (qitələrdə) mövcud olmasından xəbərdar olduqları ədviyyatlar.
  • İspaniya  Portuqaliya dövlətləri tərəfindən yeni mədənlərin kəşf edilməsi üçün gəmiçilərin dəstəklənməsi.
  • Xristianlıq dinin və Avropa mədəniyyətinin digər dünyalarda yaşayan insanlar arasında yayılmaq istənməsi.
  • Elm sahəsində əldə olunan uğurlardan sonra, başqa ərazilərdə yaşayan insanların öyrənilməsinə marağın artması.
  • Uzun məsafəyə hərəkət etməsi üçün nəzərdə tutulmuş mümkün olan gəmilərin hazırlanması.
  • Kompasın kəşf edilməsi.

Xristofor Kolumb (1451-1506), 1492-ci ildə Amerika qitəsini kəşf edərəkən, ucuz və qısa bir yolla Asiyaya getmək istəyirdi. Orta əsrlərdə yaşayan bir dənizçi və səyyahların əsas məqsədləri Hindistana gedən dəniz yollarını tapmaq və həmin ölkə ilə ticarət əlaqələri qurmaq olmuşdur. Hindistana quru yolu ilə gedən yol Anadolu  Qafqaz ərazilərindən keçirdi. Həmin dövrdə bu ərazilər Osmanlı imperiyasının nəzarəti altında olduğundan Venesiyalı tacirlərdən yüksək gömrük vergisi alınırdı. Bu səbəbdən Avropalı tacirlər alternativ ticarət yollarının axtarılması ilə məşğul idilər. XV əsrdə Avropada belə bir təsəvvür yaranmışdı ki, Hindistana catan hər bir dənizçi və ya tacir dərhal varlanacaq. XV - XVI əsrlərdə ipək parça, baharat və ədviyyat kimi dəyərli məmulatlar yalnız Hindistanda mövcud idi və belə mallara Avropada böyük təlabat vardı.

Portuqal səyyahı Bartolomeu Diaşın Ümid burnunu kəşf etməsi, Hindistana gedən yolun tapılması istiqamətində böyük irəliləyişə səbəb oldu. Ancaq Bartolomeu Diaşın gəmi heyyəti tropik qızdımra xəstəliyinə yoluxduğundan onun Hindistana getməsi baş tutmamışdır. Digər bir portuqal səyyahı Vasko da Qama 1498-ci ildə aylarla davam edən səyahətin ardından sonunda Hindistana çatdı. Fernan Magellan 1519-1522-ci il dünya səyahətində dünyanın yuvarlaq şəkildə olduğunu sübut etmiş oldu. Venesiyalı səyyah Marko Polo Asiya qitəsinə səyahəti zamanı burada gördükləri əsasında Marko Polonun kitabını yazdı. Bu kitab vasitəsi ilə Avropalıların Asiya və Şərq xalqları haqqında məlumatları daha da genişləndi.

Coğrafi kəşflərin nəticəsiRedaktə

 

Coğrafi kəşflər Avropada yaşayan yerli xalqın xammal məmulatları ilə daha yaxşı təmin olunması ilə nəticələndi. Kəşf olunan ərazilərdə yaşayan xalqlar, Avropalılara nisbətdə texnika və hərb sahəsində çox geri qalırdılar. Bu səbəbdən kəşf olunan ərazilərdə yaşayan xalqlar asanlıqla, Avropalıların əsarətinə düşürdülər. Bununla da müstəmləkəçilik adı verilən əsarət forması başlamış oldu. Avropalılar kəşf olunan ərazilərə başlıça olarak 3 qrup şəxs göndərirdilər. Bunlardan biri rahiblər idi. Rahiblərin işi yerli əhalini xristianlıqlaşdırmaqdan ibarət olmuşdur. Cəngavərlər yerli əhalinin mübarizə əzmini qırmağa, tacirlər isə daha əlverişli ticarət yollarını axtarılması ilə məşğul olurdu. Coğrafi kəşflərin bir çoxu yerli əhali üçün faciə ilə nəticələnmişdir.

İspan konkistador Ernan Kortesin Meksikada yaşayan yerli astek xalqını çoğrafi kəşflər adı ilə məhv etməsini buna misal göstərmək olar. Fransisko Pizarro isə Peruda yaşayan yerli ink xalqının kralını əsir almış və əvəzində isə böyük miqdarda qızıl tələb etmişdir. Qızılı aldıqdan sonra isə kralı öldürülməsinə əmr vermişdir. Coğrafi kəşflərdə uğurların əldə olunmasının əsas səbəblərindən biridə, Avropalıların bu kəşflərə yaxşı şəkildə hazırlanmaları olmuşdur. XV əsrdə taxta olmuş Portuqaliya kralı Henri tərəfindən açılmış dənizçilik məktəbi Vasko da Qama  Barlatemo Dias kimi dənziçiləri yetişdirmişdir.

XV əsrin ikinci yarısından XVII əsrin ortalarınadək Böyük coğrafi kəşflər zamanı Avropa dənizçiləri və səyyahları əvvəllər məlum olmayan dənizləri və okeanları, adaları və materikləri kəşf etdilər, ilk dünya səyahətinə çıxdılar, Yerin kürə şəklində olmasını əməli surətdə sübuta yetirdilər. Naməlum ölkələrin axtarılması üçün əsas stimul əsrlər boyu Şərq malları almaq üçün Avropadan Şərqə axan qızıla hərisliyin olması idi. Bundan başqa, Şərqə gedən quru ticarət yolları Osmanlı imperiyasının əlində idi. Buna görə də Avropa dənizçiləri özlərinin Hindistana və Çinə gedən yollarını axtarmağa başladılar. Həm də dəniz yolları quru yollara nisbətən daha əlverişli və təhlükəsiz idi. İlk dəfə olaraq Hindistana gedən yolları Portuqaliya dənizçiləri axtarmağa başladılar. 1486 - 87-ci illərdə Bartolomeu Diaşın ekspedisiyası Afrikanın cənub ucqarlarına çatmışdı. Diaş Afrikanı cənubdan ötüb-keçmiş ilk avropalıdır.

Geri qayıdarkən Ümid burnunu kəşf etmişdir (1488). 1492-ci ildə Kolumbun ispan kralı tərəfindən maliyyələşdirilən üç ekspedisiyası sayəsində Amerika kəşf və tədqiq olundu. 1498-ci ildə Afrikanı ötüb-keçən Vasko da Qama Hindistana çatdı. 1513-cü ildə ispan konkistadoru Nunyes Balboa Panama bərzəxini keçərək Sakit okeanı kəşf etdi. 1519-22-ci illərdə Fernando Magellan dənizlə ilk dövr-aləm səyahətinə çıxdı. 1642 - 44-cü illərdə holland dənizçisi Abel TasmanTasmaniya, Yeni Zelandiya adalarını və yeni Avstraliya materikini kəşf etdi. 1648-ci ildə rus dənizçisi Semyon Dejnyov Şimal Buzlu okeanı boyunca Qərbi Asiyaya səyahət etdi və Asiyanı Amerikadan ayıran boğazı (sonralar Berinq boğazı adlandırılmışdır) kəşf etdi. Böyük coğrafi kəşflər avropalıların geniş müstəmləkələr tutmasının əsasını qoydu, Avropada əmtəə istehsalının artmasına təsir etdi, dünya ticarətinin meydana çıxmasına səbəb oldu.

 
 


Bugün 25 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol