Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Xarici Planetler

Xarici planetlər

Nəhəng qaz planetləri.
Aşağıdan yuxarı: YupiterSaturnUran və Neptun.

Xarici planetlər (ing. Outer planets) — Günəş sisteminin Asteroid qurşağından kənarda yerləşən YupiterSaturnUran və Neptun planetlərinə deyilir. Dörd xarici planet ya da nəhəng qaz planetləri Günəşin ətrafında dönən kütlənin 99%-ni təşkil edir. Yupiter və Saturnun atmosferləri əsasən hidrogen və heliumdan ibarətdir. Uran və Neptunun atmosferlərində əhəmiyyətli dərəcədə suammonyak və metan buzu vardır. Bəzi astronomlar Uran və Neptunun nəhəng qaz planetləri kimi yox, nəhəng buz planetləri kimi təsnif olunmasını təklif etmişdir.[1] Xarici planetlərin dördünün də halqaları vardır. Saturunun halqaları Yerdən müşahidə edilə bilir.

 

 
YupiterRedaktə

Əsas məqalə: Yupiter

Yupiter Günəşdən uzaqlığına görə beşinci planetdir. Planetlər arasında ən böyük və ağır olanıdır. Əsasən hidrogen və heliumdan formalaşmışdır. Yupiterin daxili istiliyi atmosferində bulud qurşaqları və Böyük qırmızı ləkə kimi müvəqqəti quruluşların yaranmasına səbəb olur. Yupiterin müəyyən olunmuş 63 təbii peyki vardır. Bunlardan ən böyükləri QanimedKallistoİo və Avropadır. Bu peyklər vulkanik fəallıq və daxildən isinmə kimi xüsusiyyətlərinə görə daxili planetlərlə oxşardırlar.Günəş sisteminin ən böyük təbii peyki olan Qanimed Merkuridən daha böyükdür.

 
SaturnRedaktə

Əsas məqalə: Saturn

Saturn Günəşdən uzaqlığına görə altıncı planetdir. Böyüklüyünə və ağırlığına görə Yupiterdən sonra ikincidir. Saturn Yerdən müşahidə oluna bilən geniş halqaları ilə tanınır və atmosferinin xüsusiyyətləri Yupiterlə oxşarlıq göstərir. Saturunun 60 məlum olan və 3 təsdiqlənməmiş təbii peyki vardır. Bu peyklərdən Titan və Enkelad buzdan təşkil olunmalarına baxmayaraq vulkanik aktiv peyklərdir. Titan Merkuridən böyükdür və Günəş sistemində diqqətəlayiq qalın atmosferə sahib olan tək peykdir.

 
UranRedaktə

Əsas məqalə: Uran

Uran Günəşdən uzaqlığına görə yeddinci planetdir. Böyüklüyünə görə görə Yupiter və Saturndan sonra üçüncü olsa da, çəkisinə görə Neptundan daha yüngüldür və dördüncü pillədə durur. Planetlərin içində ekliptik ilə 90 dərəcədən çox bucaq altında meyilliyə sahib olan tək planetdir. Günəşin ətrafında yanı üstə yatmış formada dönür. Nüvəsi digər nəhəng qaz planetlərindən daha soyuqdur və kosmosa daha az istilik yayır.Uranın 27 bilinən təbii peyki vardır. Bunlardan ən böyükləri TitaniyaOberonUmbrielArielMirandadır.

 
NeptunRedaktə

Əsas məqalə: Neptun

Neptun Günəşdən uzaqlığına görə səkkizinci planetdir. Neptun böyüklüyünə görə YupiterSaturn və Urandan sonra dördüncü pillədə dursa da, Urandan daha ağırdır və ağırlığına görə üçüncü pillədə durur. Daxili istiliyi Yupiter və Saturndan daha azdır.Neptunun bilinən on üç təbii peyki vardır. Ən böyük peyki olan Triton maye azotdan olan qeyzerləri ilə geoloji cəhətdən aktivdir.Trriton Neptunun öz oxu ətrafında hərəkətinin əksinə hərəkət edir. Bu xüsusiyyətinə görə əksinə hərəkət edən ən böyük təbii peykdir.

 



Bugün 36 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol