Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Qədim quru və su sahələri

A.Vegener Yer səthində mövcud olmuş ilk geniş quru sahəsini Pangeya adlandırmışdır. Pangeya qurusu təqribən 200-250 milyon il bundan əvvələ qədər mövcud olmuşdur. Bu quru sahəsini Pantalass adlanan okean əhatə etmişdir.

Litosfer tavalarının hərəkəti nəticəsində Pangeya materiki Lavrasiya və Hondvanaya parçalanmışlar. Lavrasiya qurusu şimal hissədə, Hondvana isə cənubda yerləşirdi. Bu iki nəhəng quru sahəsinin arasında qalan çökmüş sahədə nəhəng Tetis okeanı mövcud olmuşdur.

Azərbaycan Respublkasının ərazisi vaxtilə Tetis okeanının suları altında olmuşdur. Tetis okeanının çəkilməsi nəticəsində onun yerləşdiyi ərazi quru sahəsinə çevrilmişdir. Güman edilir ki, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi, Aral gölü Tetis okeanının yerində qalmış su hövzələridir. 135 milyon il əvvəldən

 
 
Quru sahələri 200 milyon il əvvəl
 
Quru sahələri 135 milyon il əvvəl

 
Hazırkı dövr
 
Quru sahələri 50 milyon il sonra
 

Hindistan yarımadasının hərəkəti

başlayaraq müasir materiklər və okeanlar formalaşmışdır. Bu dövrdə Lavrasiya Şimali Amerika və Avrasiya materiklərinə bölünmüşdür. Afrika, Cənubi Amerika, Avstraliya və Antarktida Hondvananın parçalarıdır.

Hindistan və Ərəbistan yarımadaları Hondvanadan ayrılaraq Avrasiyaya birləşmişdir. Ona görə onlar Avrasiya üçün “yad quru sahələri” hesab olunur.

Pangeya


 
 
 
Pangeya
 
Pangeyanın zamanla bölünmesi

Pangeya — dünyada həyat başladığı zaman bütün qitələrin bir ada kimi bir-biriylə birləşmiş halına verilən addır.

 

Geomorfoloji termin

Pangeya (rus. Пангеаing. Pangaea) /yun. pan - hamısı və ge, gaia- yer, torpaq/ - Paleozoyda və Mezozoyun əvvələ­rində müasir materiklərin hamısını birləşdirən fərziyyəvi materik. Onun parçalanmasını və hissə­lə­rinin bir- birindən aralanmasını, ye­ni qlobal tektonikaya əsasən man­tiyada konveksion özəklərin yeni sisteminin yaranması ilə əlaqə­ləndirirlər. 

İlkin fikirlər

Materik çıxıntıları və okean çökəkliklərinin sonrakı inkişafı haqqında bir sıra fərziyyələr mövcuddur. Bəzi alimlər materiklərin hərəkətsiz olduğunu, bəziləri isə onların daim hərəkət etdiklərini güman edirlər. Materiklərin hərəkət etməsi haqqında ilk dəfə fikir söyləyən Alfred Vegener olmuşdur. Onun nəzəriyyəsinə görə, yer qabığında vahid quru-Pangeya mövcud olmuşdur. Sonradan Pangeya iki hissəyə- Lavrasiya və Hondvanaya parçalanmış, daha sonra onlar da öz növbəsində tədricən parçalanmış və müasir materiklər əmələ gəlmişdir.

Lavrasiya

Litosfer tavalarının hərəkəti nəticəsində Pangeya materiki Lavrasiya və Hondvanaya parçalanmışlar.Lavrasiya qurusu şimal hissədə, Hondvana isə cənubda yerləşir. Lavrasiya iki materikə- Avrasiya və Şimali Amerikaya parçalanmışdır.

Hondvana

Hondvana-Cənubi Amerika, Afrika, Antarktida, Avstaliya, Hindistan, Ərəbistana parçalanmışdır.



Bugün 16 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol