Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Qitelerin Daxili Suları (gölleri , çayları )

Afrika

Afrikanın gölləri

Afrika göllərinin çoxu Şərqi Afrika yaylasındadır. Məsələn, Tanqanika, Nyasa, Rudolf, Kivu, Albert, Eduard və s. Onlar tektonik çat zonasında yerləşdiyindən uzunsov və dərindirlər. Bu göllər dağlarla əhatələnmişdir. Dünyanın ən uzun şirin gölü olan Tanqanika Afrikanın ən dərin gölü olub qraben üzərində yerləşir. O, dünyada dərinliyinə görə ancaq Baykaldan geri qalır. Afrikanın ən böyük gölü olan Viktoriya dünyada 2-ci böyük şirin göldür. O, platformanın əyilmə zonasında yerləşdiyindən dayazdır. Böyük Səhranın cənubunda yerləşən Çad gölü dayazdır. (4–7 m) və yağıntı ilə qidalanır. Relikt mənşəlidir. Onun sahəsi yağıntı olduqda 2 dəfə artır.

Afrikanın çayları

Yağıntı çox olduğundan Afrikanın ən sıx çay şəbəkəsi ekvatorial və subekvatorial iqlim qurşaqlarındadır. Səhralarda çaylar çox azdır. Onlar əsasən güclü yağışdan sonra yaranır. Afrika çaylarının hamısı yağış suları ilə qidalanır. Çünki bütün çaylar mənbəyini ekvatorial və subekvatorial qurşaq daxilindən götürürlər. Çayların üzərində astana və şəlalələr olduğundan gəmiçilik üçün yararsız olsa da bu çayların böyük hidroenerji ehtiyatları var. Astana və şəlalələrin mövcudluğu Afrikanın geoloji quruluşu və relyefi ilə əlaqədardır. Afrika çayları 3 hövzəyə aiddirlər: 1. Atlantik okeanına - NilKonqoNigerSeneqal, Narıncı. 2. Hind okeanına - Zambezi. Limpopo. 3. Daxili axarsız hövzəyə: Şiri, Şari. Dünyanın və Afrikanın ən uzun çayı olan Nil (6671 km) mənbəyini Şərqi Afrika yaylasından axan Kaqera çayından götürülür. Onun mənbəyini Stenli kəşf edib. Viktoriya gölündən keçdikdən sonra o, Ağ Nil adlanır. Xartum şəhəri yaxınlığında ən böyük qolu olan Mavi Nillə qovuşaraq Nil adı ilə Aralıq dənizinə tökülür. O, burada böyük delta yaradır. Nilin yuxarı axarı ekvatorial və subekvatorial iqlim qurşaqlarında yerləşdiyindən bol yağış suları ilə qidalanır. Bu səbəbdən Böyük Səhradan keçsə də heç vaxt qurumur. Nilin yuxarı axarında çoxlu şəlalə və astanalar var. Aşağı axında Asuan və Nasir su anbarları tikildiyindən Nilin axını tənzimlənir və bu daşqınların qarşısını alır. Afrikanın ən bol sulu və uzunluğuna görə ikinci çayı Konqo(Zair) çayıdır. (4320 km). Hövzəsinin sahəsinə və bol sululuğuna görə o dünyada Amazondan geri qalır. Hövzəsi ekvatora yaxın yerləşdiyindən o, ilboyu bol suludur və 2 yerdən ekvatoru kəsir. Konqo üzərində Stenli, Livinqston və s şəlalələri var. Bu çay delta yaratmır və Atlantik okeanına tökülür. Uzunluğuna və hövzəsinin sahəsinə görə Afrikanın 3-ü böyük çayı Nigerdir (4160 km). Zambezi Afrikanın Hind okeanına tökülən ən böyük çayıdır. Dünyanın nə nəhəng şəlalələrindən olan və Livinqston tərəfindən kəşf edilən Viktoriya şəlaləsi bu çayın üzərindədir.

Daxili suları - Amerika

Çayları

Çayları 3 hövzəyə aiddir. I. Atlantik okeanının çayları-Missisipi, Missuri, Ohayo, Reo-Qrande, Müqəddəs Lavrenti və s. Missisipi materikin ən uzun və bol sulu çayıdır.Hövzəsindı yumşaq gilli süxurlar geniş yayıldığına görə , çayın suyu sarı rəngə çalır. Missipi sözünün mənası da hind dilində " lilli çay " deməkdir. Bu çaydan suvarmada geniş istifadə olunur, qolları üzərində çoxlu bəndlər və su-elektrik stansiyaları tikilmişdir. Mənbəyini Yuxarı gölün qərbindəki göl və bataqlıqlardan götürür. Yağış və qar suları ilə qidalanır. Mənsəbində iri delta yaradır. Ən uzun qolları Missuri və Ohayo çaylarıdır.Appalaç dağlarının şərq yamaclarından axan çaylar qısa və bolsuludur. Bu çaylar böyük hidro enerji ehtiyatına malikdir. Böyükk göllər hövzəsində Müqəddəs Lavrenti və Niaqara çayları vardır. Məşhur Niaqara şəlaləsi də eyni adlı çayın üzərindədir. II. Sakit okeanın çayları –daha qısa, sürətli və astanalıdır. Ən iri çayları Kolorado, Kolumbiya və Yukondur(hind dilində " böyük çay " ). Bu çaylar üzərində iri kanyonlar( Kolorado çayının əmələ gətirdiyi Böyük Kanyonun uzunluğu 320 km , dərinliyi isə 1800 metrdir) və SES-lər var. III. Şimal buzlu okeanının çayları əsasən qar suları ilə qidalanır. Ilin çox hissəsi buzla örtülüdür. Ən iri çayı Makkenzidir.

Gölləri

Kaynozoyun IV dövründə buzlaşmanın olması və iqlim şəraiti nəticəsində materikin şimalında göl çoxdur. Bu göllərə –Böyük Ayı, Böyük Kölə, Atabaska, Vinnipeq və Böyük Göllər aiddir. Böyük Göllərə 5 göl; Yuxarı, Ontario, Huron, Eri və Miçiqan gölləri daxildir. Bu 5 göl müxtəlif yüksəklikdə pilləvari şəkildə yerləşmiş və Müqəddəs Lavrenti çayı vasitəsi ilə Atlantik okeanı ilə əlaqəlidir. Eri və Ontario gölləri arasında Niaqara şəlaləsi yerləşib (Kanada ilə ABŞ arasında yerləşir. Hündürlüyü 50 m, eni 1100 m-dir) Dünyanın ən iri şirin gölü olan Yuxarı göl bu göllərdən biridir. Materikin daxilində göllər dayaz və duzludur. Məsələn: Böyük Duzlu (və ya şor), Yuta və s.

Cənubi Amerika

Çayları

Gölləri

Körfəzlər

Dənizlər

Boğazlar

Daxili suları - Avstraliya

Avstraliya ərazisinin 60%-ni okeana axarı olmayan hövzə tutur. Ümumiyyətlə, materikdə böyük bolsulu çaylar yoxdur. Daxili səhra və yarımsəhralarda müvəqqəti axara malik olan çaylar var. Belə çaylar krik adlanır. Materikin ən böyük və nisbətən bolsulu çayı Murrey (3750 km) və onun qolu Darlinq hesab olunur. Çayların qidalanmasında yağış və yeraltı sular əsas rol oynayır. Yağıntılı dövrdə çaylar daşır. Quraq dövrdə çayın səviyyəsi xeyli aşağı düşür. Çayların suyundan suvarma üçün geniş istifadə olunur. Avstraliyada çoxlu göl var lakin onlar duzlu və axarsız göllərdir. Materikin ən böyük gölü qumlu ərazidə yerləşən Eyr gölü`dür. Onun sahəsi yağıntıların düşməsindən asılı olaraq dəyişir. Avstraliyada səth axarı və çaylar az olsa da, burada ərazinin 1/3 hissəsini tutan Böyük hövzədə artezian sularının böyük ehtiyatı vardır. Böyük artezian hövzəsi materikin mərkəzi hissəsində yerləşir. Şirin su layları 20 m-dən 2000 m-ə qədər dərinlikdə yerləşir və çox böyük ərazidə əhalinin, sənaye kənd təsərrüfatı müəssisələrinin yeganə su mənbəyi hesab olunur.

Asiya

Daxili suları

 
Asiyada yerləşən Xəzər dənizi dünyada ən böyük göldür

Asiya planetimizin zəngin su ehtiyatına malik sahələrindən biridir. Yer kürəsinin bir sıra iri çay və gölləri burada yerləşir. Lakin Asiyanın mürəkkəb relyef və iqlim şəraitindən asılı olaraq, çay və göllər ərazidə olduqca qeyri-bərabər paylanmışdır. Səth sularının 2/3 hissəsi qitənin cənub-şərq hissəsində cəmlənmişdir. Mərkəzi və Orta Asiyada su ehtiyatları olduqca azdır. Asiyanın çayları dörd okean hövzəsinə aiddir. Bundan başqa qitə ərazisinin 1/3 hissəsindən çoxu axarsız hövzəyə aiddir.

Çaylar

Asiyanın ən mühüm çayları YanszıXuanxeQanqHindObLenaAmurYeniseyAmudəryaSırdəryaBrahmaputraMekonqDəclə və Fəratdır. Yansızı Asiyanın ən uzun çayıdır, onun uzunluğu 5800 km-dən çoxdur. Musson yağışları zamanı daşan bu çay, Kunlun dağlarının cənub-şərq hissələrindən başlayır və Şərqi Çin dənizinə tökülərək iri delta əmələ gətirir. Çayın aşağı axarı gəmiçilik üçün yaralıdır, ondan suvarmada geniş istifadə olunur. Yansızı çayının aşağı axarı hələ qədimdən mənimsənilmişdir. Hazırda Çin əhalisinin 25%-dən çoxu Yansızı çayının hövzəsində yaşayır. Qanq çayı Asiyanın ən gursulu çayıdır. O, su axımının həcminə görə təkcə AmazonKonqo və Parana çaylarından geri qalır. Qanq öz mənbəyini Himalay dağlarından götürür və Asiyanın ən rütubətli musson iqlimi zonası boyunca axır. Benqal körfəzinə töküldüyü yerdə, Brahmaputra çayı ilə birgə nəhəng delta əmələ gətirir. Musson yağışları ilə qidalandığından yay aylarında daşır.

Qanq çayının suları dağlardan çoxlu miqdarda çöküntü materialları gətirir. Hind çayı isə Himalay dağlarının buzlaqlarından və musson yağışlarından qidalanır, quraq ərazilərlə axaraq Ərəbistan dənizinə tökülür. Şimal Buzlu okeanı hövzəsinin ən uzun çayı Lena (4.400 km), ən bolsulu çayı isə Yeniseydir. Lena Baykal dağlarından öz mənbəyini götürür, Sibir tayqası ilə axaraq Laptevlər dənizinə tökülür. Əsasən yağış və qar suları ilə qidalanan bu çay qışda uzun müddət buz bağlayır. Asiyanın axarsız hövzəsində çaylar azdır. Buradakı ən mühüm çaylar Sırdərya, Amudərya, Tarım,Narın və Zərəfşandır. Onlar yüksək dağlardan başlayır, quru səhra və yarımsəhralardan keçərək, əsasən axarsız göllərə tökülür. Bu çaylar quraq, susuz Orta və Mərkəzi Asiyanın həyatında mühüm rol oynayır. Onlar cansız torpağa həyat verir. Bu çayların hesabına vahələr, iri yaşayış məntəqələri salınır. Axarsız hövzənin çayları başlıca olaraq qar və buzlaqlarla qidalanır.

Göllər

Asiya ərazisində çaylar kimi göllər də qeyri-bərabər paylanmışdır. Qitənin şimal-şərq hissələrində buzlaq mənşəli göllər yaranmışdır. Qədim buzlaqlar minlərlə göl çökəklikləri əmələ gətirmiş və həmin sahələrə şirin sular toplanmışdır. Quraq və isti rayonlarda, həmçinin axarsız sahələrdə göllər azsulu və şordur. Balxaş, Lobnor, Ubsu-NurUrmiya gölü belə göllərdəndir. Dünyanın ən böyük gölü olan Xəzər dənizi və həmçinin Aral dənizi vaxtilə Dünya okeanı ilə əlaqədə olmuş, qurunun qalxması nəticəsində bu dənizlərin Dünya okeanı ilə əlaqəsi kəsilmişdir. Dağlıq ərazilərdə tektonik mənşəli göllər əmələ gəlmişdir. Asiyanın ən böyük tektonik mənşəli gölü Baykaldır. O həm də dünyanın ən dərin gölüdür (1720 m). Yer kürəsindəki içməli suyun 20%-i Baykal gölündədir. Tyanşan dağlarında yerləşən İssık-Kul gölü də tektonik çökəklikdə yerləşən, şəffaf, təmiz suya malikdir. Asiyanın ən böyük göllərindən biri də Ərəbistan yarımadasının şimal-qərbindəki, okean səviyyəsindən 400 m aşağıda yerləşən Ölü dənizdir. Onun orta duzluluğu 26 ‰-dir.

Avropa

Daxili suları

Çaylar

Avropa qitəsi inkişaf etmiş çay şəbəkəsinə malikdir. Çayların ərazi üzrə paylanması qitənin iqlim şəraitindən, relyefin xarakterindən, geoloji quruluşundan bilavasitə asılıdır. Çayların qidalanmasında yağış, qar, buzlaq suları böyük rol oynayır. Hövzələrinə görə çaylar üç yerə bölünür. Avropa çaylarının çox hissəsi Atlantik okeanı hövzəsinə daxildir. Digər çaylar isə Şimal Buzlu okeanı hövzəsinə və axarsız Xəzər dənizi hövzəsinə aid edilir.

Şimal Buzlu okeanına axan çaylar əsasən qar və yağış suları ilə qidalanır, ilboyu bolsulu olurlar. Qışda onlar uzun müddət buz bağlayır, yazda isə daşırlar. Çayların çoxu qısadır, gəmiçilik üçün az yararlıdır. Lakin onların böyük hidroenerji ehtiyatları vardır. Şimal Buzlu okeanına axan çaylar içərisində böyüklüyünə görə Peçora və Şimali Dvina çaylarını qeyd etmək olar. Şərqi Avropa ərazisindən axan çaylar axarsız hövzə olan Xəzər dənizinə və Atlantik okeanı hövzəsinə aid olan Baltik, Qara və Azov dənizlərinə tökülür. Bunlardan VolqaDneprDonUralDauqava (Qərbi Dvina), Neman çaylarını göstərmək olar. Onlar öz başlanğıclarını Şərqi Avropa düzənliklərindəki yüksəkliklərdən götürürlər. Relyefin az meylli olması axının zəif və sakit olmasına, çaylarda geniş vadilərin olmasına gətirib çıxarıb.

Bu çaylar üçün qış dövründə bir neçə ay buz bağlaması, yazda daşması və yayda bir qədər dayazlaşması xarakterikdir. Bunların arasında Volqa uzunluğuna görə Avropanın ən böyük çayıdır. Onun uzunluğu 3690 kilometrdir. Qərbi Avropa ərazisindən axan çaylar öz başlanğıclarını orta və hündür dağlardan, yüksəkliklərdən götürür. Bu səbəbdən yuxarı axarda çaylar daha sürətli, düzənliklərdə isə sakit axırlar. Okeandan gələn rütubətli hava kütlələrinin təsiri ilə çox yağıntı aldıqlarından çaylar bolsuludurlar və gəmiçilik üçün daha əlverişlidirlər. Onların çoxu qış aylarında buz bağlamır. Bu ərazidən axan çayların hamısı Atlantik okeanı hövzəsinə aiddir. Onlardan DunayReynVislaOderElbaSena çaylarını qeyd etmək olar. Bunlar arasında Dunay Avropada ikinci ən böyük çaydır. Uzunluğu 2850 kilometrdir. Dunay səkkiz dövlətin ərazisindən keçir və onların çoxu üçün bu çay dənizə yeganə çıxış yoludur. Cənubi Avropa ərazisində Aralıq dənizinə tökülən çaylardan RomaPoTahoQvadiananı göstərmək olar. Buradakı çayların əksəriyyəti qısa, tipik dağ çayıdır, gəmiçilik üçün bir o qədər də yararlı deyildir. Lakin iqlim şəraitilə əlaqədar çayların suvarma işlərində əhəmiyyəti böyükdür.

Göllər

Avropada çoxlu göllər var və onlar qeyri-bərabər yerləşmişdir. Qitənin şimalında göllər daha çoxdur. Onlar buzlaq mənşəlidirlər. Skandinaviya, Finlandiya və Kareliyada irili-xırdalı minlərlə göl vardır (VenernVetternSaymaİnari). Burada ən böyük göl Ladoqadır. Bolsulu Neva çayı onu Baltik dənizi ilə, Svir çayı isə yaxınlıqdakı Oneqa gölü ilə birləşdirir. Ağ dəniz-Baltik kanalı bu göllərdən Şimal Buzlu okeanına, Volqa-Baltik kanalı isə Xəzər və Qara dənizlərinə getməyə imkan verir. Cənubda, Alp dağlarında da çoxlu xırda göllər var (CenevrəBodenBalaton). Şərqi Avropa düzənliyinin cənub-şərqində duzlu Elton və Baskunçak göllərini də qeyd etmək olar.

Avropa ərazisində çoxlu buzlaq sahələri də vardır. İslandiyaSvalbardNovaya Zemlya adalarında, həmçinin Alp dağlarının yüksək zirvələrində buzlaqlar çoxdur. Dağ buzlaqları bir çox çayların qidalanmasında mənbə rolunu oynayır. Bataqlıqlar da bu ərazidə geniş yer tutub. Kareliya, Finlandiya və Belarusda bataqlıqlar daha çox yayılmışdır. RusiyaUkrayna və Belarus ərazisində yerləşən Polesye bataqlığı geniş ərazi tutur.

Daxili suların böyük təsərrüfat əhəmiyyəti vardır. Lakin bununla belə Avropada çay və göllərin, digər su hövzələrinin həddindən artıq çirklənməsi müşahidə edilir. Bu sənaye sahələrinin inkişafı ilə əlaqədardır. Buna görə də Avropa dövlətlərində daxili su hövzələrinin mühafizə edilməsi problemi birinci dərəcəli vəzifə kimi qarşıda durur.

Standard map of Europe (blank).png

 

 

 



Bugün 42 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol