10. Kanada
9. Sinqapur
8. İsveç
7. Yeni Zelandiya
6. İsveçrə
5. Avstriya
4. Finlandiya
3. Danimarka
2. Norveç
1. İslandiya
Dünyanın ən cırtdan ölkələri - 3 nəfər əhalisi olan var

Bu ölkələrdən çoxunun xəbəri yoxdur
Həmin ölkələr bir çox mənbələrdə cırtdan adlandırılır. Monako, Andorra, Vatikan və s. ölkələr barədə çoxları eşidib, ancaq aşağıda təqdim edəcəyimiz ən kiçik dövlət qurumları barədə məlumat çox azdır.
Beləliklə, dünyanın ən cırtdan ölkələrini sizə təqdim edirik:
ELLEORE
Əhali: 370
İdarəçilik forması: Konstitusiyalı monarxiya
Ərazi: 1,5 kvadrat kilometr
1944-cü ildə danimarkalı müəllim Roskildə kiçik torpaq sahəsini tələbələri üçün yaz kampına çevirib. O gündən sonra həmin ərazidə müstəqillik elan olunub və Elleoreda əsl krallıq yaşanır. Bu ölkənin müxtəlif qəribə qadağaları var. Məsələn, əraziyə "Robinzon Kruzo" kitabı və sardin konservlərini gətirmək qadağandır. Buna görə 11 dəqiqə 17 saniyəlik həbs düşür.
SEALAND
Əhali: 3
İdarəçilik forması: Konstitusiyalı monarxiya
Ərazi: 550 kvadrat kilometr
İngilis ordusunun təqaüdçü mayoru Roy Beyts dəniz üzərində olan silah platformasının tərk edildiyini görəndə çılğınlıq edərək 550 kvadrat kilometrlik ərazidə "Sealand" krallığını elan edib. O, 91 yaşına qədər kral olub və dünyasını dəyişdikdən sonra vəzifə başqasına keçib.
CALSAHARA
Əhali: 3-10
İdarəçilik forması: Monarxiya
Ərazi: 470 kvadrat kilometr
Trevis Makhenri 15 yaşında Pensilvaniyadakı fermalarının baxçasında Casbah adlı krallıq qurmuşdu. İndi isə o, CalSahara (Bir az Kaliforniya, bir az Sahara) krallığını idarə edir.
CONCH RESPUBLİKASI
Əhali: 24909
İdarəçilik forması: Respublika
Ərazi: 15,4 kvadrat kilometr
Bu ölkə varlığına görə nəqliyyat sıxlığına borcludur. ABŞ hökuməti qaçqın axını və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün 1982-ci ildə Floridadakı Key Vestdə sərhəd polis bölməsi qurduğu üçün, turistik şəhərə giriş-çıxış çox çətinləşdi və kilometrlərlə tıxaclar meydana gəldi. Key Vestin ozamankı bələdiyyə başçısı Dennis Vardlou problemləri yuxarılara çatdıra bilmədiyi üçün Conch Respublikası adı altında müstəqilliyini elan edib. ABŞ bununla bağlı 1 dəqiqəlik döyüş elan etsə də, respublika yaşamağa davam edir.
ATLANTİUM
Əhali: 2000
İdarəçilik forması: Seçkili monarxiya
Ərazi: 740 kvadrat kilometr
Avstraliya sərhədlərinə Atlantium İmperatorluğu cırtdan ölkələr içərisinə ən solçusudur. Özünü kral elan edən Corc Kruikşank populyar simalardan biri hesab olunur.
Dünyada ən böyük ordusu olan ölkələr - SİYAHI
İran İslam Respublikasının ordusu dünyanın 8-ci böyük ordusudur.
AZƏRTAC xəbər verir ki, İran mətbuatı Böyük Britaniyada çıxan "Express" qəzetində dərc edilmiş hesabata əsasən bildirir ki, əsgər sayına və texniki imkanlarına görə İran dünya orduları sırasında ilk onluğa daxildir.
Ordunun şəxsi heyətinin sayına görə ilk üçlüyə Çin (2.285000), ABŞ (1.431000) və Hindistan (1.325000) daxildir. İran ordusunun şəxsi heyətinin sayı isə 534000-dir. Rusiya ordusu siyahıda bu göstərici üzrə 5-ci (768000), Türkiyə ordusu isə 9-cu yerdədir (510000).