|
Qitelerin Ehalisi
Avropa
Əhalisi
Sahəsinin kiçik olmasına baxmayaraq Avropa ərazisi qədim dövrlərdən insanlar tərəfindən daha çox məskunlaşmışdır. Əhalisinin sayına görə yalnız Asiya qitəsindən geri qalır. Avropada 710 milyon nəfər əhali yaşayır ki, bu da Yer kürəsi əhalisinin 18% təşkil edir. Avropa dünyada insanların ən sıx məskunlaşdığı ərazilərdən biridir. Bu, bir sıra təbii, siyasi və iqtisadi amillərlə bağlıdır. Lakin əhali hər yerdə eyni dərəcədə sıx məskunlaşmamışdır. Atlantik okeanı sahillərində, mühüm sənaye rayonlarında (Rur, Sileziya, Donbas), iri şəhər və paytaxtlarda, çay və nəqliyyat yolları boyunca əhali daha sıx yerləşib. 60 dərəcə şimal enliklərindən şimalda olan soyuq ərazilərdə daha az əhali məskunlaşmışdır. Alp və Balkan dağlarının hündür sahələrində, Xəzəryanı ovalıqda əhali nisbətən daha seyrəkdir. Avropa əhalisi üçün digər mühüm xüsusiyyət şəhər əhalisinin daha çox olmasıdır.
Etnik tərkibi
Avropa xalqları dünya mədəniyyətinə, elm və texnikanın inkişafına mühüm töhfələr vermiş, bir çox ərazilərə təsir göstərmişlər. Müasir Avropa millətləri uzun sürən tarixi inkişafın, müxtəlif etnik və antropoloji qrupların qarşılıqlı əlaqəsi nəticəsində yaranmışdır. Avropalılar avropoid irqinə aiddirlər. Burada german, roman, türk, slavyan və başqa dil qruplarına aid xalqlar yaşayırlar. German xalqlarına almanlar, hollandlar, ingilislər, isveçlilər, norveçlilər, islandlar aiddirlər. Bu xalqlar Avropanın şimal-qərb və mərkəzi hissələrində məskunlaşıblar. Roman dil qrupuna aid olan xalqlar latın dili əsasında formalaşmış dildə danışırlar. Bu qrupa italyanlar, fransızlar, portuqaliyalılar, ispanlar, rumınlar və başqa xalqlar aiddirlər. Roman dil qrupuna aid olan xalqlar Avropanın qərb, cənub və cənub-qərbi hissələrində məskunlaşıblar. Avropada türk dili qrupuna aid olan xalqlar da yaşayır, onlara tatarlar, türklər, başqırdlar, çuvaşlar, qaqauzlar aiddir. Türkdilli xalqlar əsasən Avropanın şərqi və cənubunda yaşayırlar. Avropada həmçinin digər dil qruplarına aid olan çoxlu xalqlar yaşayır, bunlara latışlar, litvalılar, estonlar, basklar, finlər, macarlar, yunanlar, albanlar və digər xalqları misal göstərə bilərik.
Asiya
Asiya əhalisi 4 milyard nəfərə yaxındır. Yer kürəsi əhalisinin 2/3 hissəsinə yaxını Asiyada məskunlaşmışdır. Dünyada ən çox əhaliyə malik ölkələr olan Çin və Hindistan burada yerləşir. Bunların birgə əhalisi 2,5 milyard nəfərdən artıqdır. Asiya ölkələrində əhali sürətlə artır. Əksər ölkələrədə əhalinin təbii artımı hər min nəfərə 20 nəfərdən çoxdur. Asiyada çoxlu xalq yaşayır, onlar 600-ə yaxın dildə danışırlar. Dünyanın ən böyük xalqlarından olan çinlilər, hindlilər, benqallar, yaponlar burada yaşayırlar. Asiya xalqları 10-a yaxın dil ailəsinə və 20-dən artıq dil qrupuna mənsubdurlar. Onlar dünyada mövcud olan insan irqlərinin üçünü də təmsil edirlər. Kiçik Asiya yarımadasında və İran yaylasında türklər, farslar, Ərəbistan yarımadasında ərəblər, Hindistan və Hindçin yarımadasında hindlilər, birmalılar, vyetnamlılar, benqallar, Şərqi Çin düzənliyində çinlilər, Mərkəzi Asiyanın yayla və düzənliklərində monqollar, uyğurlar, tibetlilər, türklər yaşayırlar. Türk və fars xalqları üçün qara saçlar, dərinin qarabuğdayı olması səciyyəvidir. Çinlilərin, yaponların, vyetnamlıların boyu nisbətən alçaq olur, onlar tünd, qara saçları, qıyıq gözləri ilə fərqlənirlər.
Asiyanın əhalisi qyeri bərabər yerləşmişdir. Qitə əhalisinin 80%-ə yaxını ərazisinin 20%-də cəmlənmişdir. Dünyanın ən yüksək əhali sıxlığına malik əraziləri buradadır. Əhalinin sıx yerləşməsinin əsas səbəbi həm Asiyanın əlverişli coğrafi şəraitə, zəngin təbii ehtiyatlara malik olması, həm də məskunlaşmanın qədimliyidir. Asiyanın subtropik mülayim və subekvatorial qurşaqları yaşayış üçün daha əlverişlidir. Hələ uzaq keçmişdə insanlar Hindistan yarımadasında, Şərqi Çin düzənliyində, Kiçik Asiya yarımadasında məskən salmışlar. Hazırda Çinin şərqində, Qanq çayı deltasında, Hindistanın bəzi yerlərində əhalinin sıxlığı 1 km²-də 1000-1500 nəfərə çatır. Yapon adalarında, Koreya yarımadasının əksər hissələrində, Yava adasında 1 km²-də 300 nəfərdən çox əhali yaşayır. Qafqaz dağlarının ətəklərində, iri çay dərələrində, Mesopotamiya ovalığında da əhali sıxlığı yüksəkdir. Asiyanın çox yerində əhali olduqca azdır. Qitənin soyuq şimal rayonlarında əhalinin sıxlığı 1 km²-də 10 nəfərdən azdır. Tayqa və tundra zonalarının əksər hissələrində 1 km²-də hətta 1 nəfərdən də az əhali yaşayır. Arktika adalarının əksəriyyətində demək olar ki, əhali yaşamır.
Amerika
Materikin yerli əhalisi
- XV əsrdə Şimali Amerika əhalisinin sayı təqribi hesablamalara görə 12-16 mln. nəfər imiş. Bunlar yalnız yerli aborigenlər imiş və qəbilə şəklində yaşayırmışlar. Mayya, astek, ink, siu, aleut həmin qəbilələrin ən böyükləri və tanınanları imiş.
- Şimali Amerikada Kanada, Amerika Birləşmiş Ştatları, Meksika və Mərkəzi Amerika bölgəsi dövlətləri yerləşir.Əhalisi təqribən 300 milyon nəfərdir. Amerikanın yerli əhalisi monqoloid irqinə mənsub hindilərdən ibarətdir. Amerika avropalılar tərəfindən kəşf olunduqdan sonra bura Avropadan avropoid irqinə mənsub əhali gəldi. Afrikadan isə neqroid irqinə mənsub zəncilər gətirildi. Sonralar bu 3 irqin nümayəndələrinin qaynayıb-qarışması nəticəsində aşağıdakı nəsillər yarandı.
- Avropoid+hindu=metis
- Avropoid+zənci=mulat
- Zənci+hindu=sambo
Metislər materikin qərbində, mulat və sambolar şərqində yaşayır. Cənubi Amerikanın əhalisi And dağlarının mərkəzi yaylalarında və materikin şərqində daha sıx, materikin qərbində və ekvatorial meşələrdə isə seyrəkdir. Cənubi Amerikanın yarıdan çoxunu iki ölkə – Braziliya və Argentina tutur.
Əhali
Avstraliya əhalisi 21 milyon nəfərdən artıqdır. Əhalinin təxminən 60% paytaxt şəhərləri olan Sidney, Melburn, Brisben, Pert və Adelaida ətrafında yaşayır.
İndiki Avstraliya əhalisinin əksəriyəti XIX və XX əsrlərdə əsasən İngiltərə, Şotlandiya və İrlandiyadan əraziyə gələn gəlmələrin törəmələridirlər.
XVIII əsrin axırlarına gədər Avstraliyanın əsas əhalisi aborigenlər, Torres boğazı adalarında yaşayan yerli əhali və Tasmaniya aborigenləri idi. Bu üç etnik qrup arasında mədəni və hətta xarici fərqlər mövcuddur. Avstraliyanın məskunlaşdırılması 1788-ci ildə Avstraliyanın şərq sahilinə Böyük Britaniyadan olan ilk sürgün edilmiş insanların gəmisinin sahilə yan alması və ilk ingilis yaşayış məntəqəsinin Port-Ceksonun(gələcəkdə Sidney) yaradılmasıyla başlanmışdır. İngiltərədən könüllü immiqrasiya isə yalnız 1820-ci illərdə qoyunçuluq təsərrüfatı sürətlə inkişaf etməyə başlayanda geniş vüsət aldı. Avstraliyada qızıl ehtiyatlarının kəşf olunmasından sonra İngiltərədən və digər ölkələrdən əraziyə çoxlu sayda immiqrant kütlələri axın etdi. 10 il ərzində(1851—61)-Avstraliya əhalisinin sayı təxminən 3 dəfə artdı və 1 milyon nəfəri keçdi. 1839-1900 illər arası Avstraliyada 18 min nəfərdən çox alman məskunlaşmışdır, artıq 1890-cı ildə almanlar ərazidə əhali sayına görə ikinci böyük etnik qrup hesab olunurdular. Onların arasında təzyiqdə olan lüteranlar, iqtisadi və siyasi mühacirlər-məsələn,hansılarki Almaniyanı 1848-ci il inqilabından sonra tərk etmişdirlər. 1900-cü ildə Avstraliya kaloniyaları federasiya adı altında birləşdilər.Avstraliya millətinin konsolidasiyası XX əsrin ilk onilliklərində sürətləndi haçan ki, Avstraliyanın ümümmilli iqtisadiyyatı təmamilə möhkəmləndi.
İkinci dünya müharibəsindən sonraki dövrdə Avstraliya əhalisinin sayı 2 dəfə artdı.Buna immiqrasiya prossesinin stimullaşdırılması proqramının həyata keçirilməsi nəticəsində nail olundu. 2001-ci ildə Avstraliya əhalisinin 27,4%-i xaricdə doğulan insanlar təşkil edirdi. Onların arasında ən böyük etnik qruplar-britaniyalı, irlandlar, yeni zelandiyalı, italyanlar, yunanlar, niderlandlılar, almanlar, yuqoslaviyalılar, vyetnamlılar və çinlilər idi.
Sosial vəziyyət
İşsizliyin səviyyəsi 2004-cü ildə 5,1%, 1999-cu ildə 7,5% оlmuşdur. 2005-ci ilin yаnvаr аyındаn оktyаbr аyınа kimi işsizliyin səviyyəsi 5,1% оlmuşdur.Аvstrаliyаnın müаsir tаriхində işsizlik səviyyəsinin zirvə nöqtəsi 1992-ci ilin dеkаbr аyındа müşаşidə еdilmişdir 10,7% və о vахtdаn bəri durmаdаn аşаğı düşür. 2003-cü ilin iyun аyındа işsizliyin səviyyəsi 6,1%, 2004-cü ilin iyun аyındа 5,6% оlmuş, ümumildikdə 2004-cü ildə 5,1% səviyyəsinə düşmüş və indiyə kimi də həmin səviyyədə qоrunur. Əhаlinin əmək qаbiliyyətli hissəsinin sаyı 10,35 milyоn nəfərdən аzcа çохdur. Məşğul əhаlinin 70%-i хidmət sеktоrundа, 26,4%-i sənаyеdə, 3,6%-i isə kənd təsər rüfаtındа çаlışır. Gəlirlərin оrtа səviyyəsi (ölkənin bütün əhаlisinə görə hesablаdıqdа) həftədə təхminən 470 dоllаr təşkil еdir. Ən аşаğı gəlir səviyyəsi 250 dоllаr, ən yüksək gəlir səviyyəsi isə 900 dоllаrdır. Vеrgilər ödənənə qədər Аvstrаliyаnın işləyən vətəndаşlаrının əmək hаqlаrının оrtа səviyyəsi bir qədər yüksəkdir – ölkə üzrə оrtа hesablа illik 53 min Аvstrаliyа dоllаrı (38,95 min АBŞ dоllаrı) və yа аylıq 3245 dоllаr. Ən yüksək mааşlаrdаn biri dаğ-mədən sənаyеsindədir – аydа təхminən 5000 dоllаr. Nоminаl əməkhаqqı ildə оrtа hesablа 5% аrtır, rеаl (inflyаsiyа nəzərə аlınmаqlа) əməkhаqqı isə ildə təхminən 2-2,4% аrtır. Əhаlinin аrtım sürəti ildə 1-1,1% təşkil еdir və bunun əsаsını immiqrаsiyа təşkil еdir. Ölkədə 15 yаşınа kimi icbаri təşsil qаydаsı mövcuddur (Tаsmаniyа ştаtındа 16 yаşınа kimi). Ölkədə ümumi sаvаdlılıq səviyyəsi təхminən 85%-dir. Şəyаtın оrtа uzunluьu kişilər üçün 78 il, qаdınlаr üçünsə 83 ildir. Sоsiаl təbəqələşmə, yахud vаrlılаrlа kаsıblаr аrаsındаkı fərq dünyа üzrə qəbul оlunmuş оrtа səviyyədən nisbətən çохdur. Ən аztəminаtlı əhаlinin 10%-nin pаyınа ölkə üzrə bütün хərclərin 2%-i düşür. Ən vаrlı əşаlinin 10%-nin pаyınа isə bütün хərclərin 25,4%-i düşür. Bаşqа sözlə, vаrlı аvstrаliyаlılаr kаsıb həmvətənlərindən təхminən 12 dəfə yахşı yаşаyırlаr.
Təhsil
İqlxokda ilk dərəcəli məktəb.Viktoriya ştatı
Avstraliyada təhsil ili Şimal yarımkürədən fərqli olaraq Fevralda başlayır. Fevral ayında başlayıb Dekabr ayına kimi davam edən təhsil ilində bir çox kurs üçün son müraciət tarixləri Oktyabr ayındadır. Bəzi universitet və peşə məktəbləri bundan başqa semestrarasında da tələbə qəbul edirlər. Avstraliyada təhsil sistemi beş hissədən ibarətdir:
- İlk və orta dərəcəli məktəblər
- Yüksək təhsilə hazırlıq
- ELICOS təşkilatları: Xarici tələbələr üçün İngiliscə dil təhsili verir. Bundan başqa xüsusi İngiliscə dil məktəbləri və bir çox universitetin öz İngiliscə dil qurumları vardır.
- TAFE: Dövlətin Texniki və Yüksək Təhsil qurumlarıdır, və özəl sektorun əməkdaşlığı ilə staj sistemli peşə təhsili verir.
- Universitetlər.
Avstraliyada ali təhsil
Avstraliyada 40 universitet və 350 kollec vardır. Orada avstraliyalılardan başqa 300 min də xarici tələbə təhsil alır. Avstraliya diplomları bütün dünyada tanınırlar.
Ölkə ali təhsil sistemi Britaniya təhsil sistemi üzərində qurulub və ona yüksək təhsil keyfiyyəti, tələbələrin müstəqilliyi və elmi tədqiqatlarayönəlilik xarakterikdir. Avstraliyada elmi tədqiqatlara hər il böyük məbləğdə dövlət vəsaiti ayrılır. Bir çox Avstraliya alimi Nobel mükafatına layiq görülmüşlər.
Ölkədən kənarda fəaliyyət göstərən ali məktəblər Dövlət təhsil, elm və tədris departamentinin nəzarəti altında fəaliyyət göstərir.
İdman
çimərlik kriketi Pert şəhərində.
Avstraliyada komanda idman növləri və su idmanı növləri əhali arasında xüsusi məşhurdur.Hökumət bu sferanın inkişafına külli miqdarda vəsait xərcləyir,həmçinin ölkənin iqtisadi vəziyyəti və iqlimi bu sferanın kütləviləşməsinə səbəb olur.Avstraliya komandaları olimpiya oyunlarında,birliy çempionatlarında və digər beynəlxalq yarışmalarda çıxış edir. İdman ölkənin həyatında o qədər vacib rol oynayır ki, onu hətta "milli din" adlandırıllar. Ən məşhur idman növləri-avstraliya futbolu,at qaçışları,motor idman növləri,reqbiliq,kriket,reqbi-yunion və futboldur. 2006—2007-ci illərdə keçirilmiş sorğunun nəticələrinə əsasən Avstraliyanın ən böyük şəhərlərində yetkin əhali üçün ən çox maraqlandıran idman növləri kriket,üzgüçülük,tennis,avstraliya futbolu,futbol və reqbilik müəyyən olunmuşdur.Əhalinin özü isə daha çox aerobika,üzgüçülük,qolf,tennis,futbol və ya avstraliya futbolu ilə məşğul olurlar.Qadınlar arasında isə netbol oyunu daha çox məşhurdur.Mili idman növü isə de-fakto kriket oldu.
Afrika
Əhalisi
Əhalisi 3 irqə mənsubdur. Afrikanın ən ucaboylu xalqı (180-220 sm) savannada yaşayan tutsin və ximilərdir. Ekvatorial meşələrdə isə ən qısa boylu (142 sm) xalq piqmeylər yaşayır. Afrikada Nilin sahilinə əhali daha sıx, Böyük Səhrada isə ən az məskunlaşmışdır. XX əsrin əvvəllərində Afrikada cəmi 2 müstəqil ölkə (Liberiya və Efiopiya) var idi. 1960- cı ildə 17 Afrika ölkəsi müstəqillik qazandığı üçün həmin il “Afrika ili” adlanır. Uzun müddət siyasi və iqtisadi asılılıq Afrika ölkələrinin iqtisadi inkişafını ləngitmişdir. Afrika ölkələrinin çoxunda milli dil olmadığından dövlət dili- ingilis, ispan və s.-dir. Afrikanın yeganə İnkişaf etmiş ölkəsi CAR-dır. Afrikanın əhalisi 720 milyon nəfərdən çoxdur. Şimal tərəfdə Avropoid irqinə aid olan ərəblər və bərbərlər, 10° şimal eni boyunca neqroid irqinə aid olan zəncilər, Madaqaskar adasında isə monqoloid irqinə aid olan malaqasilər yaşayır. Afrikanın digər yerli xalqlarına bantular, ximilər, tutsilər, piqmeylər, nilotlar, buşmenlər, qotentotlar aiddir. İkinci dünya müharibəsi ərəfəsində burda Efiopiya, Misir, Liberiya, CAR olmaqla 4 müstəqil ölkə var idi. Hazırda materikdə 57 müstəqil dövlət vardır. Sonuncu olaraq 2012-ci ildə Sudanın tərkibindən Cənubi Sudan dövləti ayrılmışdır. Afrikada dövlətlər yaranarkən əhalinin milli etnik tərkibi nəzərə alınmadığına görə burada dövlət sərhədləri çox vaxt paralel və meridianlara uyğun gəlir.
Bugün 10 ziyaretçikişi burdaydı!
|
|
|
 |
Sehifeni beyendiniz?
Beli |
93,65% |
 |
Xeyr |
6,35% |
 |
63 toplam oy:
|
|
|
|
|