Ana Səhifə
Elaqe
Yarışma
Sayğaç
ANKET SORĞU
Sual-Cavab
Daxil Ol - Qeydiyyatdan Keç
Coğrafiya Neyi Öyrenir ?
Gűneş Radiasiyası
Coğrafi keşfler
Kartoqrafik proyeksiyalar
Materiklerin relyefi
Süxurlar
Materiklerin İqlimi
Qitelerin Ehalisi
Qitelerin Daxili Suları (gölleri , çayları )
Asiya Ölkeleri
Avropanın Ölkeleri
Cenubi Amerika Ölkeleri
Şimali Amerika Ölkeleri
Afrika Ölkeleri
Avstraliya Erazisi
Maraqlı Faktlar
Coğrafi Koordinatlar
Okean Dibinin Relyefi
Okeanlar
Yeraltı Servetler
Şeffaf Küre - Atmosfer
Atmosfer Tezyiqi
Turizm
Xeritelerin Tesnifatı
Hidrosfer
Okeanologiya
ÇAY VE GÖL
Işıqlanma Qurşaqları
Meteor
Planet Nedir ?
Xarici Planetler
Daxili Planetler
Video Dersler
Azerbaycan
Yerin fəal tektonik təbəqəsi
Qədim quru və su sahələri
Fərqlənən Ölkələr
 

Turizm

Turizm

Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. Hər il minlərlə insansəyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20-25 ildə insanlarin vərdiş etdikləri həyati təlabatdır.

Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır. Bu, özünü işdə və ailədə insanların artmaqda olan hərəkətsizliyində, artıq qidanın qəbulunda, psixo-emosional gərginliyin artmasinda göstərir. Yaxın keçmişdə mükəmməl istirahətin etalonu, əsasən, dənizə səyahətsanatoriyakurort və istirahət evlərində dincəlmək sayılırdı. Günəşhava və su sağlamlığın möhkəmləndirilməsinin əvəzolunmaz amilləridir. Sağlamlığın möhkəmləndirilməsi ilə səciyyələnən və özündə bir neçə turizm növlərini cəmləşdirən kənd yaşıl turizm və idman turizmidir.

Dünya Turizm Təşkilatının hesablamalarına görə, 2000-ci ildə dünya üzrə turizm gəliri 500 milyard, 2004-cü ildə 600, 2009-cu ildə 850 milyard, 2013-cü ildə 1 trilyon dollardan artıq olub.

İnkişaf sürətinə və gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur[1]

 

 
Turizmin növləriRedaktə

 
İqtisadi əhəmiyyətiRedaktə

Son illərdə beynəlxalq turizmin sürətli inkişafı müşahidə olunur. 1939-cu ildə beynəlxalq turizmdən dünya üzrə 1 milyard, 1950-ci ildə 2,1 milyard, 1971-ci ildə 19,9 milyard, 2000-ci ildə isə 500 milyard dollardan artıq gəlir əldə edilmişdir. İnkişaf sürətinə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyir. Hazırda turizm yaratdığı gəlirə görə neft sənayesi və avtomobil sənayesindən sonra dünyada üçüncü yeri tutur. Ümumdünya Turizm Təşkilatının 2000-ci ilə aid məlumatına görə, dünyada turizm və səyahətlər sahəsində 260 milyondan çox adam çalışır. Bu sahənin illik tədavül həcmi 3,8 trilyon dollar təşkil edir. Dünya milli məhsulunun 10, investisiyalarının 11 faizi, hər 16 işçi yerindən biri, dünya istehlak xərclərinin 11 faizi turizm sahəsinin payına düşür. Bu rəqəmlər dünya turizm sənayesinin fəaliyyətinin birbaşa iqtisadi effektliyi ilə izah olunur. Turizm sənayesinin inkişaf meylləri ilə ümumi iqtisadi, texniki və sosial nailiyyətlər arasında birbaşa əlaqə vardır. Turizm baxımından bütün ölkələr iki qrupa bölünür: turist tədarükçüsü olan dövlətlər (yəni turist göndərən ölkələr) və turist qəbul edən ölkələr. Birincilərə - ABŞAlmaniyaBöyük BritaniyaBelçikaDanimarka və s., ikincilərə - FransaABŞİspaniyaİtaliyaYunanıstanPolşaTürkiyə v s. aid edilə bilər.

 

 

 
Həmçinin baxRedaktə

Azərbaycanda turizm mühiti iqtisadi inkişafla yanaşı formalaşır və genişlənir. Onun maddi və maliyyə bazası, dövlət himayəsi və idarə edilməsi zərurəti yaranır. Azərbaycanda turizmin inkişafı planlı təsərrüfat sistemində mərkəzləşdirilmiş resurslar hesabına inkişaf etdirilirdi və planlaşma obyekti kimi sahə statusuna malik idi. Müasir şəraitdə turizm sahəsi bazar tipli model əsasında inkişaf edir. Turizm Azərbaycan əhalisinin ölkə daxilində və ölkədən kənarda müvəqqəti yerdəyişməsi və istirahətlərinin əsas marşrutlarını ifadə edir.

Azərbaycan Respublikasına gələn turistlər onun iqtisadi, təbii coğrafi, demoqrafik və milli xüsusiyyətləri haqqında formalaşmış təsərrüfatı dünya ölkələrinə ixrac edir. Həmçinin Azərbaycan əhalisinin digər ölkələrdə turist kimi iştirakı, onun dünyagörüşü, həyat tərzi və ölkə daxili münasibətlərin tənzimlənməsində xarici amilin müsbət tərəflərini tətbiq etməyə imkan verir.

Azərbaycanda turist axını onun məqsədləri və turistlərin sosial - iqtisadi vəziyyəti onların turist səyi ilə bağlıdır. Turist səyi obyektiv səbəblər və yaxud gəlirlər səviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasında turizm sənayesi, kənd turizmi, dini turizm, etnik turizm xarakterik cəhətdir. Dünya azərbaycanlıları, respublikadan kənarda yaşayan digər millətlər və diaspora respublikada turizmin həm subyekti, həm də təşkilatçısı kimi potensial rol oynaya bilər.



Bugün 33 ziyaretçikişi burdaydı!
 


Sehifeni beyendiniz?
Beli 93,65%
Xeyr 6,35%
63 toplam oy:


 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol